Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Iyun
2019
21:35
696

01
Iyun
21:35



Ağdam rayonunda uşaqlar üçün tibbi aksiya keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Pediatrlar Assosiasiyası, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdıqları Dördyol qəsəbəsində uşaqlar üçün tibbi aksiya keçirilib.

Xeberoxu.az-ın məlumatına görə, aksiya zamanı 200-dən çox uşaq pediatr, stomatoloq, nevropatoloq, oftalmoloq və terapevtlər tərəfindən müayinə edilib. Aksiyanın əsas məqsədi uşaqların sağlamlığı ilə bağlı problemlərin erkən aşkarlanaraq müalicə edilməsidir. Müayinədən keçən uşaqlara uyğun müalicə təyin olunur. Ehtiyac olduqda reabilitasiya mərkəzlərinə yazılır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri Yazgül Abdiyeva isə deyib ki, dünyada 19 milyon uşaq göz xəstəliyindən, o cümlədən 1,5 milyon uşaq korluqdan əziyyət çəkir. Görmə zəifliyi inkişafı və təhsilinə əhəmiyyətli dərəcədə təsir edən uşaqların sayı isə 1,5-2 milyon arasındadır:"Odur ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası göz xəstəliklərinin profilaktikası və korluğun qarşısının alınması üçün hər ay paytaxtda, respublikanın şəhər və rayonlarında mütəmadi aksiyalar keçirir. Aksiyada məqsəd pasiyentləri müayinə-müalicə etmək, refraksiya anomaliyalarının aşkarlanmasını müəyyənləşdirmək, onların səhhətləri ilə bağlı problemlərin həllinə kömək göstərməkdən ibarətdir".

Y.Abdiyeva qeyd edib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən rayonlarda əhaliyə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib: “Mərkəzin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu, dövlətimizin başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası və bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar qatarı da fəaliyyətə başlayıb”.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az