Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə








11 Fev
2019
13:22
192



Aksiz markasız siqaretlərin və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumatı əsasında, qanunsuz yolla gətirilən külli miqdarda siqaretlərin və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb.

Komitədən XeberOxu.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E270 CDI" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobilin tavanında, döşəməsində, təkərlərin içərisində və digər yerlərində müxtəlif üsullardan istifadə etməklə gizlədilən, aksiz markası ilə markalanmayan 9580 ədəd "Marlboro Gold Edge", 2 000 ədəd "Parliament Carat", 1 000 ədəd "Marlboro Fine Touch", 1 000 ədəd "Milano London", 600 ədəd "Malimbo one", 1 200 ədəd "Parliament Super Slims", 400 ədəd "Parliament Aqua Blue", 1 400 ədəd "Kent Silver" markalı, ümumilikdə 17 180 ədəd siqaretlər və 4 ədəd 1 litrlik "Celsius" markalı araq, 2 ədəd 1 litrlik "Black Ram" markalı viski aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az