Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə








11 Fev
2019
12:33
147



Almaniya Energetika Nazirliyi "Cənub Qaz Dəhlizi" ilə qaz alışının perspektivləri barədə (ÖZƏL)

Almaniya federal hökuməti Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisini alqışlayır.XeberOxu.Az xəbər verir ki,bu barədə Trend-ə Federal İqtisadiyyat və Energetika Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan TAP boru kəməri vasitəsilə təbii qazın nəqli haqqında müqavilənin imzalanması ilə Avropa İttifaqının üzv ölkələri üçün "Cənub Qaz Dəhlizi"ni açdı: "Lakin qaz alışı tamamilə şirkətlərdən asılıdır".

Nazirlik Almaniya şirkətlərinin Azərbaycanın neft-qaz sahəsində daha fəal iştirak perspektivlərinə də toxunub:

"Biz bilirik ki, Azərbaycan dövlət şirkəti SOCAR ölkənin neft-qaz sektorunda əsas oyunçudur və qarşıdakı bir neçə il ərzində Azərbaycan bu sahədə nüfuzlu investisiya proqramı reallaşdıracaq. Almaniya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna investisiyalarına gəlincə, bu, tamamilə onların qərarlarından asılıdır. Federal hökumət Almaniya şirkətlərinin investisiya qərarlarına təsir göstərmir".

Federal qurumdan bildiriblər ki, Azərbaycan 2018-ci ildə Almaniyaya xam neft tədarükü həcminə görə 9-cu olub: "Almaniya 2018-ci ildə Azərbaycandan 2,7 milyon ton neft idxal edib. 2017-ci ildə bu göstərici 2,45 milyon ton olub".

Qeyd edək ki, 2018-ci il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim baş tutub.

"Cənub Qaz Dəhlizi"nə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və "Cənub Qaz Dəhlizi"nin hasilat mənbəyidir.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az