AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





19 Apr
2019
22:18
537



Şahin Mustafayev: Azərbaycan-İran əlaqələri intensiv inkişaf edir

Azərbaycan-İran əlaqələri intensiv inkişaf edir.

Xeberoxu.Az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Hacıqabul Sәnaye Mәhәllәsindә avtobus və yük avtomobili istehsalı zavodunun tәmәlqoyma mərasimi zamanı deyib.

O, xüsusilə, ikitərəfli humanitar əlaqələrin yüksək səviyyəsini, nəqliyyat-tranzit, enerji, neft-qaz, ticarət sahələrində uğurlu əməkdaşlığı qeyd edib.

Birgə layihələr barədə danışan Ş.Mustafayev Neftçala Sənaye Məhəlləsində uğurla fəaliyyət göstərən avtomobil zavodunu da qeyd edib. O bildirib ki, ötən il müəssisədə 1000-dən çox avtomobil istehsal olunub.

Nazir əlavə edib ki, İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin səfəri çərçivəsində keçirilən görüşlərdə sənaye və ticarət sahələri ilə bağlı məsələlər müzakirə olunur.

Xatırladaq ki, bu gün Hacıqabul sәnaye mәhәllәsindә avtobus və yük avtomobili istehsalı zavodunun tәmәli qoyulub.

Tәmәlqoyma mәrasiminә Azәrbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev vә İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani qatılıb.

Avtobus və yük avtomobili istehsalı zavodu “Azərmaş Sənaye” MMC tərəfindən inşa olunacaq. MMC-nin təsisçiləri “Azərmaş” (25 faiz) və “Qartal Az”dır (75 faiz).

Layihənin dəyəri 10 milyon avro təşkil edir. İlkin mərhələdə istehsal gücü ildə 500 avtobus və yük avtomobili təşkil edəcək, ikinci mərhələdə isə iki dəfə artırılacaq.

Zavodda 200 nəfər işlə təmin ediləcək. Avtobusların təqribi qiyməti 135-200 min avro, yük avtomobillərinin isə 70-90 min avro olacaq.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycana gəlir







Prezident İlham Əliyev Zurab Seretelini “Dostluq” ordeni ilə təltif edib







Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək







Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir - Yana Batırşina







Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüb -FOTO


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az