Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Sen
2019
08:00
765

21
Sen
08:00



Arvadını döyüb balkondan atdı, sonra da yatdı.

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xeberoxu.Az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə sənədlər araşdırılıb.

Elan olunan ekspertiza rəyinə görə, Ramiz Taxveli hadisəni törədən zaman anlaqlı olub. Cinayət işi materiallarında olan videogörüntülər izlənilib.

Videogörüntüdən məlum olub ki, Ramiz Taxveli arvadını balkondan atdıqdan sonra uşaqları ilə çarpayıda yatıb, polis evə gələndə o, yuxulu vəziyyətdə olub.

Daha sonra məhkəmə istintaqı başa çatıb və çıxış üçün prokurora söz verilib.

Dövlət ittihamçısı çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses sentyabrın 27-də davam edəcək.

İttihama görə, ötən il dekabrın 9-da Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı kişinin cinayəti narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi müəyyən olunub. Ramiz Taxveliyə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.

İstintaq sənədlərinə görə, Ramiz Taxveli ilk qızı Aliyanın epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib.

Ramiz Taxvelinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!







Bakıda gənc oğlanı avtomobil vurub







Təhsil nazirindən yeni - TƏYİNAT







Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az