14 Avq 2019
09:43
![]() |
14
Avq 09:43
![]() Atəşkəs rejimi sutka ərzində 21 dəfə pozulub Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Müdafiə Nazirliyindən XeberOxu.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Şuraabad, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
"Eurohome"dakı yanğında 9 nəfər zəhərləndi, 3 nəfər xəstəxanaya yerləşdirildi
Bu il 39 hakim cəzalandırılıb, 6 hakim işdən çıxarılıb
"Azərişıq" əməkdaşının faciəli ölümü ilə bağlı cinayət işi açıldı
BAXCP növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib
|