Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
10:55
627

02
Iyul
10:55



Azərbaycan-Hindistan biznes forumu keçirilib

Bakı Biznes Mərkəzində Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun və Hindistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı (AZPROMO) ilə Azərbaycan-Hindistan biznes forumu keçirilib.

XeberOxu.az xəbər veriki,  "Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, tikinti, alternativ enerji, İKT, səhiyyə, təhsil, maliyyə, tekstil, qida, logistika, turizm sahələrində fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.

Biznes-forumda təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verən AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev qeyd edib ki, indiyədək hər iki tərəfdən işgüzar dairələrin iştirakı ilə biznes forum və işgüzar görüşlər keçirilib, Hindistan şirkətlərinin istehsal etdiyi məhsulların Azərbaycanda sərgiləri təşkil olunub. Azərbaycan və Hindistan iş adamları arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayan Yusif Abdullayev iş adamlarını qarşılıqlı əməkdaşlığı genişləndirməyə dəvət edib.

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitinin hindistanlı iş adamları üçün geniş imkanlar açdığını qeyd edib, iqtisadi-ticarət sahəsində əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Biznes forumda iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az