Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə








10 Fev
2019
21:35
474



Azərbaycan səmasında NAMƏLUM OBYEKT

Azərbaycan səmasında uçan naməlum obyekt qeydə alınıb.

XeberOxu.Az xəbər verir ki,Xəzər Xəbər-in məlumatına görə, uçan naməlum obyekt Bakı-Siyəzən avtomobil yolunun 95-ci kilometliyində yerləşən Beşbarmaq dağının yaxınlığında qeydə alınıb. Bu barədə həmin ərazidə olan vətəndaşlardan biri naməlum uçan obyektin fotosunu çəkərək sosial şəbəkədə paylaşıb. O iddia edib ki, fotoda əks olunan obyekt heç bir kompüter proqramı vasitəsilə montaj olunmayıb.

Görüntü ilə tanış olan astroloq Firudin Qurbansoyun sözlərinə görə, ərazidə mobil telefonla qeydə alınan həqiqətən də naməlum uçan obyekt olub. O, naməlum uçan obyektlərin bura gəlməsinə səbəb kimi isə bu ərazinin planetar enerji mərkəzi olmasını göstərir.

Firudin Qurbansoy bildirir ki, uçan naməlum obyektlər sürətlə gələrkən əvvəlcə arxalarında iz buraxırlar. Bu fotoda da həmin izlər əks olunub. Astroloq iddia edir ki, həmin ərazidə, yəni Beşbarmaq dağının yaxınlığında özü də bir neçə dəfə uçan naməlum obyekt görüb.

Qeyd edək ki, bundan əvvəl də iddialara görə, Azərbaycanın müxtəlif ərazilərində uçan naməlum obyektlərin görüntüləri qeydə alınıb.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az