Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Okt
2019
01:00
225

10
Okt
01:00



Azərbaycan və İran arasında əməkdaşlığın inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tehranda İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd ilə görüşüb.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İran xalqları arasında tarixi, mədəni və dini bağlılıqların iki ölkə arasındakı əlaqələrin əsasını təşkil etdiyi bildirilib. Bu əlaqələrin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin, qarşılıqlı rəsmi səfərlərinin mühüm rolu vurğulanıb.

İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdiyi, bunun daha bir təzahürü kimi, 2018-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsinin 74 faiz artdığı, həmçinin investisiya əməkdaşlığının genişləndiyi bildirilib. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın qeyd olunan sahələrdə əlaqələrin genişlənməsində uğurlu fəaliyyəti qeyd edilib.

Komissiyanın fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq təcrübəsindən bəhs olunub və qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Sosial xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az