Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyun
2019
04:30
2121



"Ford" cərimələnib

Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası "Ford"un Çindəki müştərək müəssisə olan "Changan Ford Automobile" şirkətini inhisarçılığa görə 162,8 milyon yuan (təxminən 23,6 milyon ABŞ dolları) məbləğində cərimələyib.

XeberOxu.Az AZƏRTAC-a istinadən bildirir ki, administrasiya "Changan Ford Automobile" şirkətinin 2013-cü ildən bəri Çinin antiinhisar qanununun tələblərini pozaraq Çunçin şəhərindəki satış dilerlərində avtomobillərin minimum qiymətini məhdudlaşdırdığını müəyyən edib. Qurumun bəyanatında deyilir ki, şirkətin bu cür yanaşması şəhərdəki kiçik dilerləri qiymət muxtariyyətindən məhrum edib, onların rəqabət imkanlarını məhdudlaşdırıb.

Dövlət Administrasiyası qeyd olunanları əsas götürərək, şirkəti Çunçin şəhərində 2018-ci il satışlarının 4 faizi məbləğində cərimələmək barədə qərar qəbul edib.

"Changan Ford Automobile" 2001-ci ildə "Ford" və Çinin "Changan" şirkətlərinin müştərək müəssisəsi kimi yaradılıb. Hazırda Çunçin şəhərində istehsal sahəsi "Ford"un Detroytdakı zavodundan sonra dünyada ikinci ən böyük zavodudur. "Changan Ford"un bundan başqa Xancou və Xarbin şəhərlərində də zavodları fəaliyyət göstərir.

 

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az