Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Iyun
2019
09:00
876



Azərbaycanın və Türkiyənin Müdafiə nazirləri Naxçıvanda Təlim-Tədris Mərkəzini və Heydər Əliyev adına Hərbi Liseyi ziyarət ediblər-FOTO

İyunun 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə birgə Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan şəhərində yerləşən hərbi hissəsində və Təlim-Tədris Mərkəzində olublar.

Müdafiə Nazirliyindən Xeberoxu.az-a verilən məlumata görə, nazirlər şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraiti ilə tanış olub, hərbi hissənin sərəncamında olan yeni silah və hərbi texnikaya, eləcə də bir sıra hərbi infrastruktur obyektlərinə baxış keçiriblər.
Sonra Müdafiə nazirləri Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyi ziyarət ediblər.

Qonaqlar hərbi təhsil müəssisəsi ilə tanış olublar. Vurğulanıb ki, dövlət rəhbərliyinin himayəsi və yüksək qayğısı ilə liseydə ən müasir şərait yaradılıb. Burada kursantların təhsili ilə yanaşı sosial müdafiəsi və vətənpərvərlik tərbiyəsi də daim diqqət mərkəzindədir.

Daha sonra liseyin pedaqoji kollektivi və kursantlarla görüşən nazirlər tədris korpusunda və yataqxanada yaradılan şəraitlə tanış olublar.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az