AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





11 Iyun
2019
12:46
261



Bakıda həkimlər “göy uşağı” uğurla əməliyyat edib-FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında anadangəlmə ürək qüsuru olan körpə sağlamlığına qovuşub.

Universitetdən Xeberoxu.az-a verilən məlumata görə, klinikanın uşaq ürək cərrahı Ramal Həsənov “Fallo tetradası”ndan əziyyət çəkən 9 aylıq körpəni uğurla əməliyyat edib.

Cərrah “Fallo tetradası”nın 4 fərqli ürək anomaliyasının birlikdə olması nəticəsində meydana çıxan mürəkkəb ürək qüsuru olduğunu söyləyib.

Onun sözlərinə görə, bu ürək qüsuru uşaqlarda ya doğulan kimi, ya da 1 yaşına qədərki müddətdə özünü büruzə verir. Bu zaman dəri və selikli qişalarda göyərmələr müşahidə olunur. Bəzən belə "göy uşaqların" inkişafı normal səviyyəyə yaxın olur. Lakin əksər hallarda belə körpələr inkişafdan geri qalır. Çox vaxt bu uşaqlarda qəfildən ciddi göyərmə tutmaları olur. Bu zaman xəstələr huşunu itirə bilər.

“Fallo tetradası”ndan əziyyət çəkən daha böyük uşaqlarda hərəkət zamanı təngnəfəslik və huşunu itirməsi müşahidə olunur. Çünki xəstədə çirkli qanın hamısı ağciyərlərə gedib çatmır.

Müalicə yalnız əməliyyatla mümkündür. Əməliyyatın icrası üçün uşaqda ağciyər arteriyaları kifayət qədər yaxşı inkişaf etməlidir.

ATU-nun Tədris Cərrahiyyə Klinikasına gətirilən 9 aylıq qızın çəkisi 5 kq olub. Medikamentoz müalicəyə baxmayaraq, uşaqda son aylar çəki artımı dayanıb, göyərmə tutması tezliyi isə çoxalıb. Kardiocərrah R.Həsənovun dediyinə görə, xəstənin dərhal əməliyyat olunmasına qərar verilib:

“Əməliyyat zamanı aorta damarı yalnız sol mədəcikdən qan alacaq şəkildə mədəciklər arasındakı dəliyi bağladıq. Sağ mədəciyin çıxış yolundakı darlığı pulmonar qapağı qoruyaraq aradan qaldırdıq. Əməliyyatdan sonra qan dövranı normal hala gəldi və göyərmə aradan qalxdı. Xəstə 3 gün reanimasiyada təqib edildikdən sonra müalicəsi stasionar şəraitdə davam etdirildi”.

Həkim bidirir ki, uşaq əməliyyatdan 10 gün sonra evə yazılıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Təhsil naziri dərs ilinin mayın 31-də bitməsi barədə səslənən fikirlərə münasibət bildirdi







Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb







Mehriban Əliyeva Yasamalda 11 saylı körpələr evi-uşaq bağçasında - FOTO







Çimərliklər pulsuz olmalıdır - RƏSMİ


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az