AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





12 Iyun
2019
12:20
237



Azərbaycan aeroportlarının sərnişin dövriyyəsi ilk beş ay ərzində 1,85 milyon nəfər təşkil edib

2019-cu ilin ilk beş ayı ərzində Azərbaycanın hava limanları 1,85 milyon sərnişinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən XeberOxu.Az-a verilən məlumata görə, bunun da 1,57 milyon nəfəri paytaxt aeroportu – Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 10 min sərnişin çoxdur.

Göstərilən müddət ərzində Bakının hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 649 min və 177 min sərnişin daşıyıb.

Bakının hava limanın beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,36 milyon təşkil edib ki, bunun da 32,2 faizi AZAL-ın, 13 faizi “Buta Airways”in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54,8 faiz təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib. Onlardan 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb. Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib.

Hazırda 27 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula, Qəbələdən Moskvaya birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq edib, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülüb. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə 10 milyona qədər sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Təhsil naziri dərs ilinin mayın 31-də bitməsi barədə səslənən fikirlərə münasibət bildirdi







Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb







Mehriban Əliyeva Yasamalda 11 saylı körpələr evi-uşaq bağçasında - FOTO







Çimərliklər pulsuz olmalıdır - RƏSMİ


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az