AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





12 Iyun
2019
14:34
192



Ölkəmizdə əlilliyin qiymətləndirilməsi sahəsində qurulan elektron sistem beynəlxalq səviyyədə yüksək dəyərləndirilir

Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas istiqamətlərindən biri də əlillik təyinatı prosesində şəffaflığın və obyektivliyin təmin edilməsidir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin qiymətləndirilməsi üzrə yaradılan elektron sistem müasir texnologiyaların tətbiqi nəticəsində əldə olunan uğurlu təcrübələrdən biri kimi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.

Nazirlikdən Xeberoxu.az-a verilən məlumata görə, Avropa regionu üzrə təşkil edilən “Yaxşı Təcrübə” müsabiqəsinin nəticələrinə əsasən, ötən ay Beynəlxalq Sosial Təminat Assosiasiyasının əlilliyin qiymətləndirilməsi üzrə Azərbaycanın elektron sistemini xüsusi mükafatla təltif etməsi də bunu göstərir.

Həmin e-sistem əlilliyin qiymətləndirilməsinin məmur-ekspert təması olmadan həyata keçirilməsinə imkan verir.

Hər hansı vətəndaşın əlilliyin qiymətləndirilməsi səhiyyə müəssisəsi tərəfindən e-sistemə daxil edilən göndəriş əsasında aparılır. Göndəriş e-sistemə daxil edildikdən sonra əlilliyi qiymətləndiriləcək şəxsi, göndərişi rəsmiləşdirən səhiyyə müəssisəsini, onu təsdiq edən şəxsləri müəyyən etməyə imkan verən bütün məlumatlar avtomatik olaraq adsızlaşdırılır.

Beləliklə, yalnız göndərişdə əksini tapan xəstəlik məlumatı əsasında əlillik təyin edilib-edilməməsinə dair qərar qəbul edilir ki, bu da prosesin şəffaflığını və obyektivliyini təmin edir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Təhsil naziri dərs ilinin mayın 31-də bitməsi barədə səslənən fikirlərə münasibət bildirdi







Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb







Mehriban Əliyeva Yasamalda 11 saylı körpələr evi-uşaq bağçasında - FOTO







Çimərliklər pulsuz olmalıdır - RƏSMİ


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az