AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



12 Iyun
2019
17:43
447



Hospitalda vakansiya var - 2 həkim və 2 tibb bacısı

Daxili İşlər Nazirliyi Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının nəzdində Reabilitasiya Mərkəzində vakant olan 2 həkim-fizioterapevt və 2 tibb bacısı vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Nazirlikdən Xeberoxu.az-a verilən məlumata görə, həkimlər üçün müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, fizioterapiya və tibbi bərpa ixtisası üzrə rezidentura təhsili almış, ixtisası üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər.

Tibb bacıları üçün müsabiqədə Azərbaycan Respublikasının dövlət orta-ixtisas təhsil müəssisələrində tibb bacısı və ya feldşer ixtisası almış, yaşı 25-dən yuxarı olmayan, fizioterapiya və tibbi bərpa ixtisası üzrə azı 3 il praktiki təcrübəyə malik, boyu 160 santimetrdən aşağı olmayan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2019-cu ilin iyun ayının 15-dən iyul ayının 15-dək http://www.mia.gov.az/index.php?/az/content/29942 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin medical@ mia.gov.az ünvanına göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Şəxsiyyət vəsiqəsi
Təhsil haqqında diplom
Əmək kitabçası

Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə veriləcək və qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-20-59

(012) 590-20-94

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Azərbaycan Universiteti Ukrayna universiteti ilə əməkdaşlığa başlayır







Nizami rayonu ərazisində baş verən yanğın söndürülüb-VİDEO-YENİLƏNİB







Prezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI







XİN: Vaşınqtonda Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi müzakirə olunub


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az