Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə








11 Fev
2019
12:34
258



Azərbaycanda “İnnovasiyalar evi” yaradılacaq

Bu il Azərbaycanda “İnnovasiyalar evi”nin yaradılmasına başlanacaq.

XeberOxu.az-ın məlumatına görə, bunu "İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu" mövzusunda konfransda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O bildirib ki, “İnnovasiyalar evi” hər kəs üçün faydalı olacaq, çünki burada biliklərin transferi mərkəzi fəaliyyət göstərəcək.

Nazir müavini hazırda “Hökumət buludu” texnologiyasının, "DATA mərkəzi"nin yaradılması, internetin inkişafı və tədris müəssisələrində yeni ixtisasların yaradılması üzrə reallaşdırılan layihələri də qeyd edib:

“Bu gün ölkə məlumatlar iqtisadiyyatına keçir. Davos forumunun hesabatlarından birində göstərildiyi kimi, hazırda təhsil alanların 65 faizi gələcəkdə bu gün mövcud olmayan ixtisaslar üzrə işləyəcək. Ona görə də təhsil sahəsində yeni ixtisaslar və texnologiyalar tətbiq etmək vacibdir”.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az