RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



22 Mart
2019
13:04
615



Azərbaycanda 12 504 yeni müəssisə və təşkilat fəaliyyətə başlayıb – 1 ildə

Ölkə ərazisində 2018-ci il ərzində yaradılmış 12 504 yeni müəssisə və təşkilatın 66,4 faizi Bakı şəhərində fəaliyyətə başlayıb.

Dövlət Statistika Komitəsindən Xeberoxu.az-a verilən məlumata görə, ötən il ərzində fəaliyyətə başlayan yeni müəssisə və təşkilatların 9,6 faizi Abşeron, 6,9 faizi Aran, 4,8 faizi Quba-Xaçmaz, 4,6 faizi Gəncə-Qazax, 2,7 faizi Şəki-Zaqatala, 2,6 faizi Lənkəran, 1,2 faizi Yuxarı-Qarabağ, 0,6 faizi Dağlıq Şirvan iqtisadi rayonunun, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb.

2018-ci il ərzində ölkədə 238 947 yeni, o cümlədən 127 428 daimi iş yeri açılıb. Açılmış daimi iş yerlərinin 8,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 32,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 59,3 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Yeni iş yerlərinin 26 faizi Bakı şəhərinin, 1,2 faizi Naxçıvan Muxtar Respublikasının, 72,8 faizi regionların, o cümlədən 38,9 faizi Aran, 8,9 faizi Lənkəran, 7,7 faizi Gəncə-Qazax, 4,9 faizi Abşeron, 4,4 faizi Yuxarı Qarabağ, 3,0 faizi Şəki-Zaqatala, 2,7 faizi Quba-Xaçmaz, 2,1 faizi Dağlıq Şirvan, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 18,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi tikinti, 13,7 faizi emal sənayesi, 9,4 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 8,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 5,3 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3 faizi təhsil, 2,9 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 2,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,7 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 11,4 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az