AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



13 Iyun
2019
16:18
642



Azərbaycanda 5 km 100 m uzunluqda dövlət bayrağı hazırlanıb -FOTO

Azərbaycan sərhədçiləri 15 iyun - “Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.

Dövlət Sərhəd Xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, bu münasibətlə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möh­təşəm bay­raq yürüşü təşkil edilib.

Dövlət müstəqilliyimizin rəmzi və hər bir azər­baycanlının qü­rur mən­bəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayra­ğımızı irəlidə generallar və zabitlər olmaqla 5000 nə­fər­ heyət çiyinləri üzərində daşıyıblar.

Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sər­hədçi süvariləri mü­qəddəs döv­lət bay­rağımızı başları üzərində ucaldıblar.

Yürüş boyu yerləşdirilmiş zirehli döyüş tex­­ni­­ka­larında dövlət bay­rağının dalğalan­dırılması, bayrağımızdakı səkkiz gu­şəli ulduzu tərən­nüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.

Bu bayraq yürüşü ilə Azərbaycan sərhədçiləri dahi öndər Heydər Əliyevin uca xati­rə­sinə və milli dövlətçilik ənənə­lə­rinə sadiq olduqlarını, Prezi­dent İlham Əliyevin Ali Baş Ko­mandanlığı altında xidmət etmək şərəfinin ya­rat­dığı qürur və ifti­xar hisslərini nümayiş etdiriblər.

Tədbirdə çıxış edən Dövlət Sər­həd Xid­mətinin rəisi general-pol­kovnik Elçin Quliyev Azərbaycan xalqının “Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib, 1993-cü ildə xal­qın tə­kidilə haki­miyyətə qayıdışı ilə Ulu Öndər Heydər Əliyevin qısa zaman ərzində ölkədə sabit­liyi bərpa et­məsini, tənəzzülün qarşı­sı­nı alaraq dövlətçili­yi­mizi qоru­ması­nı, müstə­qil­liyi­mizin əbədiliyini və dönməzliyini təmin еtməsini böyük qürur hissi ilə qeyd edib.

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş təd­birlər çərçivəsində keçirilən “Vətənə xidmət – andımız, amalı­mızdır!” şüar­­lı möh­təşəm bayraq yürüşü Azərbaycan Respubli­ka­sının Pre­zi­den­ti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında torpaqları­mızı azad etməyə, işğal altında olan dövlət sərhədlərini mühafizəyə götür­məyə və bütün dövlət sərhədlərimiz boyu şanlı dövlət bayrağımızı ucalt­mağa sərhədçi əzminin ifadəsi olub.

Bu bayram gününün təntənəsini sərhədçilərlə birgə yaşayan hərbi qulluqçu­ların ailə üzvləri sərhədçilərin əzəmətli bayraq yürüşünü böyük ruh yüksək­liyi ilə qarşılayıb, Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi or­kes­trinin, rəqs ansamblının, “Nur” vokal-instrumental qrupunun kol­lek­tivləri bayram gü­nü­nə və bayraq yürüşünə həsr olunmuş konsert proq­ramı ilə şəxsi heyət qarşısında çıxış ediblər.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Azərbaycan Universiteti Ukrayna universiteti ilə əməkdaşlığa başlayır







Nizami rayonu ərazisində baş verən yanğın söndürülüb-VİDEO-YENİLƏNİB







Prezident İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI







XİN: Vaşınqtonda Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi müzakirə olunub


Digər Hərbi xəbərlər xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az