Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 May
2019
12:33
198



Azərbaycanda ailə məsələləri ilə bağlı geniş maarifləndirmə işləri aparılır - Komitə

Azərbaycanda kifayət qədər gözəl ailələr var və onları cəmiyyətə tanıtmaq lazımdır.

Xeberoxu.az-ın məlumatına görə, bunu “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda çox gözəl ailə modeli var:

"Biz çalışırıq ki, ölkəmizdə sağlam, təhsilli ailələr olsun. Ancaq dünyada gedən proseslərdən Azərbaycan kənarda qala bilməz. Həm müsbət, həm də mənfi baxımdan müəyyən təsirlər olur. Azərbaycanda da müəyyən problemlər mövcuddur, amma dövlət siyasətinin əsasında bu problemləri vaxtında həll etmək dayanır".

H.Hüseynova əlavə edib ki, bu gün komitə tərəfindən Azərbaycanda ailə məsələləri ilə bağlı geniş maarifləndirmə işləri aparılır: "Çox vacibdir ki, biz cəmiyyətə gözəl ailələri təqdim edək. Bu gün Azərbaycanda kifayət qədər belə ailələr var. Biz onları niyə təbliğ etməməliyik?!"

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər







Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüb -FOTO







Baş Polis İdarəsindən sürücülərə: Əmlakınızı avtomobildə saxlamayın -VİDEO







İlham Əliyev müsəlman ölkələrinin səfirlərini qəbul edib - FOTO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az