Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Avq
2019
13:28
573



XI Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

Müxtəlif xalqların klassik musiqi sərvətlərinin parlaq nümunələrini ölkəmizdə canlandıran XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi 01 avqust 2019-cu il tarixində Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçirilib. Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və “Gilan Holding”-in təşkilatçılığı reallaşan bu mötəbər tədbirdə ölkə vətəndaşları, xarici dövlətlərdən qonaqlar və ictimai xadimlər iştirak ediblər.

XeberOxu.az xəbər veriki, tədbirin əvvəlində açılış nitqləri ilə çıxış edən Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən festivalın baş tutmasına görə dərin minnətdarlıqlarını bildiriblər. Çıxışlar zamanı qeyd olunub ki, sivilizasiyanın zəngin mədəni-mənəvi irsinin ölkələr arasında mübadiləsi, o cümlədən ölkəmizin mədəni dəyərlərinin təbliği və gənc istedadların tanınması baxımından Qəbələ Beynəlxalq Musiqi Festivalı xüsusi əhəmiyyət daşıyır.   

Açılış mərasimi, bu il anadan olmasının 650 illiyi qeyd olunan mütəfəkkir şair İmadəddin Nəsiminin məşhur qəzəllərinin ifası ilə başlanıb. Daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə keçirilən konsert zamanı orkestrin və Xalq artistləri Ülviyyə Hacıbəyova və Yeganə Axundovanın piano üzərində virtuoz çıxışları hər kəsi heyran edib. 

Xatırladaq ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı 05 avqust 2019-cu il tarixinədək davam edəcək.  Musiqi sevərlər Qəbələ Rayon Mədəniyyət Mərkəzində və Heydər Əliyev adına Konqres Mərkəzində axşam saatlarında təşkil olunan konsertlərdə iştirak edə bilərlər.


 

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az