Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Avq
2019
22:59
378



Mədəniyyət naziri Argentina və Avstriya səfirləri ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Argentina Respublikasının ölkəmizdəki səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşdü.

XeberOxu.az-ın məlumatına görə, nazir ölkəmizdə keçirilən beynəlxalq musiqi festivalları və mədəni tədbirlərlə bağlı məlumatı səfirin diqqətinə çatdırdı. Bildirdi ki, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün bu festivallarda mütəmadi iştirak vacib məqamlardandır.

Azərbaycanda keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Caz Festivalı və digər musiqi tədbirlərində Argentinanın iştirakı xalqlarımız arasında mədəni mübadiləni və bir-birinin mədəniyyəti ilə yaxından tanışlığı təmin edə bilər. Nazir həmçinin televiziya proqramları vasitəsilə Azərbaycan və Argentina mədəniyyətini əks etdirən birgə verilişlərin əhəmiyyətli ola biləcəyini vurğuladı.

Səfir Argentinada keçirilən tanqo festivalı və müxtəlif film festivalları haqqında danışdı. Qonaq ölkəmizi bu ilin oktyabr ayında Argentinada təşkil ediləcək tanqo festivalında iştiraka dəvət etdi.

Görüş iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi istiqamətində davam etdi.

Daha sonra Əbülfəs Qarayev Avstriya Respublikasının Azərbaycandakı səfiri Bernd Aleksandr Bayeri qəbul etdi.

Qonağı səmimi salamlayan nazir bildirdi ki, eyni coğrafi mövqe və əhali sayına məxsus olan Azərbaycanla Avstriya arasında oxşar cəhətlər çoxdur.

Səmimi qəbula görə nazirə minnətdarlığını bildirən səfir, ölkələrimiz arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin mövcud olduğunu qeyd etdi və bu əlaqələrin daha da genişləndirməsi və inkişaf etdirilməsi istiqamətində aparılacaq işlərdən söhbət açdı. İki ölkənin musiqi, teatr və mədəniyyətin müxtəlif sahələrinin nümayəndələri qarşılıqlı səfərlər edərək təcrübə mübadiləsi apara bilərlər.

Azərbaycana sevgisini ifadə edən Bernd Aleksandr Bayer bildirdi ki, ölkəmizin tarixi onu hər zaman maraqlandırıb. Azərbaycanın qədim tarixindən məlumatlı olduğunu vurğulayan səfir ölkəmizin zəngin mədəniyyətə məxsusluğunu qeyd etdi.

Nazir söhbət zamanı iki ölkənin musiqi məktəbləri arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırdı. Bildirdi ki, məktəblər arasında şagird mübadiləsi hər iki ölkənin gənc nəsli üçün müsbət nəticələr və ölkələrimizin mədəniyyətinin təbliğinə böyük töhfələr vermiş olar:

“Muzey, teatr, konsert müəssisələri, mədəni irs nümunələrimiz vasitəsilə biz iki ölkə arasında qarşılıqlı əlaqələri daha da gücləndirə və birgə layihələr həyata keçirə bilərik”.

Əbülfəs Qarayev həmçinin diqqətə çatdırdı ki, Avstriya ilə Azərbaycan arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində bu günə kimi bir sıra mühüm layihələr həyata keçirilib. Bu layihələr iki ölkənin dostluğuna və mədəniyyətlərin dialoquna xidmət edir.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edildi.

Görüşlər zamanı hər iki səfir UNESKO-nun Ümumdünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçirilən 43-cü sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökumətinə minnətdarlıqlarını bildirdilər. Diqqətə çatdırıldı ki, həm Avstriya, həm də Argentinanın komitənin sessiyalarında iştirak etmiş nümayəndə heyətləri tədbirin təşkilatçılıq məsələlərindən öz razılıqlarını ifadə ediblər.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az