Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Avq
2019
18:25
276



Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarların nəzərinə!

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2020-ci ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 aylıq ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün müsabiqə elan edir.

KOBİA-dan XeberOxu.az-a verilən məlumata görə, proqramın məqsədi Azərbaycanın sahibkarlıq subyektlərinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, biznes sahəsində müasir nəsil menecerlərin hazırlığı və ixtisasının artırılmasına, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrin qurulmasına dəstək göstərməkdir.

İxtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər müvafiq sənədləri 20 sentyabr 2019-cu il tarixinədək KOBİA-ya təqdim etməlidir. Tələblərə cavab verən namizədlər oktyabr ayında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə keçiriləcək seçim mərhələsində iştirak edəcək.

İngilis dilində keçiriləcək ixtisasartırma kursu çərçivəsində sahibkar və menecerlər üçün treninqlər, Almaniyanın aparıcı müəssisələrinə təlim səfərləri, alman şirkətlərində işgüzar görüşlər təşkil ediləcəkdir. İxtisasartırma kursu zamanı Almaniyada qalmaq və tədris xərcləri Proqramın təşkilatçıları tərəfindən qarşılanacaq.

Müsabiqədə iştirak və lazımi sənədlər barədə ətraflı məlumatı KOBİA-nın internet səhifəsindən əldə etmək olar: http://smb.gov.az/news/almaniyada-ixtisasartirma-kursu-kecmk-istyn-sahibkarlarin-nzrin

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az