10 Avq 2019
12:45
![]() |
10
Avq 12:45
![]() Komissiya sədri Zaqataladakı zəlzələ ilə bağlı: Tələfat və dağıntı yoxdur Zaqatalada baş verən zəlzələ rayonun bütün kəndlərində hiss edilib. Bunu XeberOxu.az-a Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Tofiq Əhmədov deyib. Onun sözlərinə görə, zəlzələ Zaqatala şəhərində baş verib, dərinliyi 2 km olub və ətraf ərazilərdə 5 bal gücündə hiss edilib. T.Əhmədov qeyd edib ki, indiyədək olan məlumatlara əsasən, tələfat və dağıntı baş verməyib: "Amma hazırda dəqiqləşdirmələr aparılır. Komissiyalar yerlərdə işləyir". Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli Zaqatalada baş verən zəlzələnin kifayət qədər hiss olunan və orta güclü zəlzələ olduğunu söyləyib. Qeyd edək ki, bu gün saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 4,9, dərinliyi 2 km olub. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Mədət Quliyev generalı özünə müşavir təyin etdi
Moldova Bakıdakı səfirini geri çağırdı
Baş prokuror Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək
Qubada evdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |