Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Avq
2019
13:03
1414

10
Avq
13:03



Millət vəkili səyyar görüşdə iştirak etdi

Avqustun 9-da Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Qala qəsəbəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

XeberOxu.az-ın məlumatına görə, səyyar görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Millət Vəkili Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyəət göstərən xidmət sahələrinin rəhbərləri, Qala qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri və qəsəbə sakinləri iştirak ediblər.

Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açıq elan edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində əsaslı Infrastruktur layihələrin həyata keçirildiyini vurğulayaraq, qəbulda iştirak edən sakinləri fəal olmağa çağırıb, onları narahat edən problemlərin qaldırılmasını bildirib.

Qəbulda iştirak edən sakinlər məhəllədaxili yolların asfaltlanması, içməli su və kanalizasiya, piyada keçidlərinin tikilməsi və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Görüşdə iştirak edən Millət Vəkili Rauf Əliyev çıxış edərək, qəsəbə sakinlərini salamlayaraq səyyar görüşdə qaldırılan məsələlərin RIH ilə birlikdə həll olunması istiqamətində işlərin görüləcəyini və bəzi məsələlərlə bağlı müvafiq qurumlara müraciət ediləcəyini bildirib.

Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb







Mingəçevirdə iki minik maşını toqquşub-FOTO







Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb







Bakıda biabırçılıq - Kişi arvadını polis zabiti ilə yataqda tutdu - VİDEO/


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.