Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Avq
2019
14:52
411



“32 ildir ki, o, mənim postumun həsrətini çəkir” - Anar

"Elə bilirdilər ki, Yazıçılar Birliyinə ayrılan vəsaitin hamısı yardıma getməlidir. Yardıma gedə bilməz axı. Başqa işlər də var. Ədəbiyyatın inkişafı üçün verilib də, yardım üçün verilməyib ki. Özü də bura "Sovbes" deyil axı, yaradıcılıq təşkilatıdır. Biri gəlir ki, "xəstəyəm", biri gəlir "qohumum ölüb". İmkan daxilində çalışırıq verək, amma bu pul rezin deyil axı. Kim ki, ala bilmir, başlayır ki, "ciblərinə qoydular". Kim cibinə qoyur? Boş söhbətdir hamısı".    

XeberOxu.az xəbər verir ki, qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Yeni Müsavat"a verdiyi müsahibədə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar deyib.

O, yazıçı Əkrəm Əylislinin "80 yaşdan sonra vəzifə haqda düşünmək insanın öz-özlüyündə mənəvi yoxsulluğunun göstəricisidir" fikrinə münasibət bildirib: "Onun mənəvi yoxsulluğu bütün Azərbaycana məlumdur. Ona görə mən onun mənəvi varlığı və yoxluğu haqqında heç bir şey demək istəmirəm. Onun kim olduğunu bütün Azərbaycan gördü".  

Anar iddia edib ki, Ə.Əylisli onun vəzifəsinin həsrətindədir: "32 ildir mən bu postda oturmuşam, 32 ildir o, bu postun həsrətini çəkir. Bu da mənə qəribə gəlir. Xahiş edirəm, belə də yazın.

Hamısı buna görədir ki, mən niyə burada oturmuşam, o oturmalıydı. Oturub işləyəydi də. "Yazıçı" Nəşriyyatını satdı, batırdı. Mən bir dəfə dedim, yazıçıların bir dənə nəşriyyatı var idi, onu da batırdı, satdı, ləğv olundu, getdi. Deyir Yazıçılar İttifaqı büdcəyə salınmışdı, ona görə qaldı. Bəli! Sən də oranı büdcəyə salaydın da! Sənin nüfuzun mənimkindən az idi? Elə səni deputatlığa dürtəndə deyəydin ki, "Yazıçı" Nəşriyyatını da büdcəyə daxil edin. Demədin ki? Yaxşı, onda nə istəyirsən bizdən? Yazıçılar Birliyini də, onun ədəbi orqanlarını da biz saxladıq. Sən nəyi saxlaya bildin? Ancaq həsəd, ancaq paxıllıq, ancaq həmişə əleyhimə nələrsə demək... Adam yazıçı kimi iflasa uğrayanda başlayır özgələrinə söz atmağa, vəssalam!

Əkrəmin bədbəxtliyi və yazıçı kimi iflasa uğraması xasiyyətinin üç naqis cəhətiylə bağlıdır. Dəhşətli dərəcədə şöhrət hərisidir. İkincisi, hamının hər uğuruna dəhşətli paxıllıq edir, üçüncüsü də özü haqqında, yazıları haqqında ifrat dərəcədə yüksək fikirdədir. "Burada mənəm, Bağdadda kor xəlifə" desəydi, dərd yarıydı. Burda da mənəm, Bağdadda kor xəlifə də elə mən özüməm" deyir".

Xalq yazıçısı AYB-yə yenidən sədr seçiləcəyi ilə bağlı suala belə cavab verib: "Mən hazırlaşmıram. Əgər yazıçılar istəyərlərsə, son dəfə də sədr olmağa razılaşaram, ömür vəfa eləsə... Son dəfə! Çünki daha yaşım da ötür. Yox, istəməzlər, adlarını çəkdiyiniz var e, onların nüfuzları daha çoxdursa, onları daha çox tanıyırlarsa, daha çox sevirlərsə, ədəbiyyata daha böyük xidmətlər göstərmişlərsə, onların ya birini, ya da üçünü bir yerdə seçsinlər. Çünki kimi seçsələr qalanları hamısı narazı olacaq".

Anar bildirib ki, o, AYB-də işlədiyi müddətdə qurumda demokratik şərait həmişə olub, indi də var.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az