Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Avq
2019
19:56
834

13
Avq
19:56



IIF: Azərbaycan iqtisadiyyatı artımını davam etdirəcək

Ucuz xammal qiymətlərinə və regional iqtisadiyyata təsir göstərən Rusiya ilə Çində artımın aşağı templərinə baxmayaraq Azərbaycan iqtisadi artımını davam etdirəcək.

XeberOxu.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) Qafqaz və Mərkəzi Asiya üzrə hesabatında deyilir.

Hesabata əsasən, Azərbaycan öz iqtisadiyyatının genişləndirilməsi prosesindədir, bu il ümumi daxili məhsulun 2,8 faiz artacağı proqnozlaşdırılır. Analitiklər gələn il üçün də, 2,9 faiz həcmində artım proqnozlaşdırır.

Hesabatda o da qeyd olunur ki, ölkədə struktur iqtisadi islahatlar davam edir və qeyri-neft sektoru getdikcə daha böyük rol oynayır:

“Milli valyutanın denominasiyası və xüsusilə də Azərbaycanda və Qazaxıstanda daha çevik məzənnəyə keçilməsi hökumətlərə ilk növbədə neft bazarlarındakı vəziyyətlə bağlı yaranan xarici təzyiqin öhdəsindən gəlməyə imkan verdi. Bu, rəqabətqabiliyyətliliyi artırdı və xarici şokların təsirini azaltmağa imkan verdi. 2018-ci ildə və 2019-cu ilin ilk yeddi ayı ərzində dollara nisbətdə məzənnə kursu ümumilikdə sabit qalıb ki, bu inflyasiya təzyiqinin qarşısını almağa kömək edib”.

IIF analitiklərinin fikrincə, Azərbaycanda artım "Cənub Qaz Dəhlizi"nin açılması və xidmət sahəsinin daha da təkmilləşməsi ilə əlaqədardır. Cənub Qaz Dəhlizi karbohidrogenlərin, xüsusilə də təbii qazın hasilatını artırmağa imkan verməlidir. Onun aparıcı elementi olan Trans-Adriatik boru kəməri 2020-ci ildə “Şahdəniz” yatağından Avropaya ildə 10 milyard kubmetr təbii qazın tədarükünə başlamağa imkan verəcək.

Ölkənin həm büdcə, həm də cari hesabları profisitdədir və neft qiymətlərindəki müsbət dəyişikliklər qızıl-valyuta ehtiyatlarının artmasına kömək edib. 2019-cu ilin birinci yarısında yük daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz artıb.

SOCAR tərəfindən neft və qaz hasilatı 2018-ci il səviyyəsindədir, xam neft ixracı cüzi artıb, təbii qaz, emal olunmuş neft və neft məhsullarının ixracı isə əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda ölkə Şərqi Avropaya xalis elektrik enerjisi ixracatçısına çevrilib.

Ölkədə struktur islahatlar davam edir. Azərbaycan “Doing Business” reytinqində 25-ci yerədək yüksəlib və göstəricilərin əksəriyyətinə görə ilk əlliliyə daxildir.

Bundan sonrakı dövr üçün qarşıda duran tapşırıq şaxələndirməyə, inteqrasiyaya və özəl sektorun imkanlarının genişləndirilməsinə xidmət etməkdir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qəzada ölən məktəblilərin kimliyi məlum olub







“İstəməzdim ki, Çingizin adı bu işdə hallansın” - Mirşahin







“Bizi 4 dəfə səhnəyə qaytardılar...”







Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində silsilə tədbirlərdə iştirak edir


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.