Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Avq
2019
23:56
888

13
Avq
23:56



"Bu vəziyyətdən bir yerdə çıxmalıyıq" - Qurban Qurbanov

"Əfsuslar olsun ki, məğlub olduq. Qələbə qazanmağı çox istəyirdik. Qapımızda qol epizodu da yox idi. Bir penalti, bir də vurulan qol. Bir neçə imkanımız oldu, istifadə edə bilmədik. Həyəcan var idi, bu da normaldır. Azarkeşləri məyus yola saldığımız üçün üzüldük".
 
XeberOxu.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbano Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL-lə Bakıda keçiriən cavab oyunundan (0:2) sonra mətbuat konfransında deyib.

- "Qarabağ" adətən uduzanda da baxımlı oyun göstərir. Bu gün isə bunu görmədik. Oyun sizi qane etdimi?

- Bəlkə biz fərqli baxırıq. İtiriləcək heç nə yox idi. Pressinq edən komandaya qarşı səhvlərimiz çox oldu. Amma heç də pis oynamadıq. Heç nədən rəqibə qol epizodları verdik. Açığı, mən oyunumuzdan razı qaldım. 0:2-dən sonra dəyişikliklər edirsən, istər-istəməz sistem pozulur.

- Slavçevin yerinə Kintananı meydana tez salmaq olmazdımı? "Qarabağ"ın ehtiyatında az oyunçunun olması sizi narahat etmir?

- Slavçev aktiv idi. İkinci qoldan sonra dəyişiklik etdik. Nə tez, nə də gec dəyişiklik etmək olar. Çalışdıq oyunun gedişinə görə addım ataq. İki oyunçumuz zədəli idi: Bədavi və Ozobiç. Əvvəldən 2 transfer fikrimizdə var idi. Amma bunları reallaşdıra bilmədik. Onlar sağlam olsaydı, variantımız daha çox olardı.

- Avropa Liqası matçına görə çempionat oyununun təxirə salınması ilə bağlı PFL-ə müraciət edəcəksiniz?

- Çempionat oyununa hazırlaşmaq üçün vaxtımız çox azdır. Təxirə salmaq yox, oyunun bəlkə bir gün sonraya salınması üçün müraciət etdik.

- Rəqib sizi nə ilə təəccübləndirdi?

- Təcrübəsi ilə. Buna da təəccüblənmək demək düzgün olmaz. İllərdir avrokuboklarda çıxış edirlər. Onların Avropa təcrübəsi çoxdur. "Real" kimi nəhəng kluba səfərdə 2 qol vuran komanda idi. Həddən artıq istəkli olacaqlarını bilirdik. Ancaq yenə də xeyli sayda qol şansları yaratdıq. Futbol təəccüblərlə doludur. Məğlub olmuşuqsa, rəqibi təbrik etməliyik.

- Futbolçular 0:2-dən sonra sanki dünyanın sonu imiş kimi davrandılar. Ruh düşkünlüyünü aradan qaldırmaq çətin olmayacaq?

- Texniki səhvlər idi. Almeydanın bilə-bilə sarı aldığını demək olmaz. Məşqçi heyəti, rəhbərlik olaraq futbolçuların yanında olmalıyıq. Bu vəziyyətdən bir yerdə çıxmalı, həm çempionat, həm də Avropa Liqasının pley-offuna hazırlaşmalıyıq.

- Hakimliklə bağlı nə deyərdiniz?

- Bəzi epizodlarda narazılığımız oldu. Sanki əks qərar verməli idi. Ancaq bu barədə təkrara baxdıqdan sonra düzgün fikir bildirmək olar.

- Ozobiç uzun müddət omandaya kömək edə bilməyəcək və Bədavi də sağalmayıb. Bu heyətlə Avropa Liqasında nəyə ümid edə bilərsiniz?

- Üstəlik, Rahil də qarşıdakı oyunu buraxacaq. Amma ümidli olmalıyıq. Hər rəqibə qarşı məsuliyyətlə çalışmalı və işimizə ciddi yanaşmalıyıq. Ciddiyyət olan yerdə qalibiyyət gələcək. İllərdi bir yerdəyik. Pis və yaxşı xatirələrimiz olub. Ümidimizi itirməməliyik. Futbolçularıma güvənirəm və daha yaxşı olacaqlarını düşünürəm.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qəzada ölən məktəblilərin kimliyi məlum olub







“İstəməzdim ki, Çingizin adı bu işdə hallansın” - Mirşahin







“Bizi 4 dəfə səhnəyə qaytardılar...”







Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində silsilə tədbirlərdə iştirak edir


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.