Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
08:30
811

14
Avq
08:30



Turan Bayramov və Abubakr Abakarov dünya üçüncüsü oldu

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı start götürüb.

XeberOxu.az-ın məlumatına görə, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.

Mahir Məmmədzadə debütdə yapon güləşçiyə müqavimət göstərə bilməyib. Rəqibin finala yüksəlməsi Mahirə təsəlliverici görüşə vəsiqə verib. Lakin avqustun 13-də keçirilən qarşılaşmada Özbəkistan güləşçisinə uduzan Məmmədzadə dünya çempionatında mübarizəni dayandırıb.

Yığmanın əsas simalarından sayılan Turan Bayramov ilk mərhələdə gürcü rəqibinə xal vermədən qalib gəlib. Gənclər arasında Avropa çempionu 1/8 finalda ABŞ idmançısına aman verməyib. Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda iranlı pəhləvanla gərgin görüş keçirib. Bayramov 7:1 öndə olsa da, son dəqiqədə böyük üstünlüyü əldən verib və məğlub olub. Rəqib finala çıxdığı üçün Turan təsəlliverici görüşdə mübarizəni davam etdirib. Avqustun 13-də Rumıniya idmançısını çətinlik çəkmədən məğlub edən Bayramov 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Türkiyə pəhləvanına da rahat qalib gələn Turan dünya çempionatının bürünc medalına sahib çıxıb.

Əşrəf Aşırov mundiala inamlı start verib. Həmyerlimiz elə ilk hissədə İsrail idmançısını məğlub edib. Aşırov daha sonra ABŞ güləşçisini yolundan kənarlaşdırıb. Əşrəf 1/4 finalda gənclər arasında son Avropa çempionu olmuş moldovalı rəqibinə minimal fərqlə yenilib. Moldova təmsilçisi finaladək irəlilədiyi üçün həmyerlimiz təsəlliverici görüşdə qüvvəsini sınayıb. Avqustun 13-də Qırğızıstan təmsilçisini mübarizədən kənarlaşdıran Aşırov bürünc medal qarşılaşmasında iştirak hüququ əldə edib. İranlı pəhləvanla üçüncü yer uğrunda görüş gərgin mübarizə şəraitində keçib. Sonda həmyerlimiz minimal fərqlə uduzaraq medalsız qalıb.

Abubakr Abakarov təsnifat mərhələsində ABŞ təmsilçisindən güclü olub. Ancaq Rusiya güləşçisiylə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb. Rəqibin finala vəsiqə qazanması Abakarova təsəlliverici görüşə çıxmaq imkanı verib. Avqustun 13-də Abubakr ilk təsəlliverici qarşılaşmada İtaliya idmançısına heç bir şans verməyib. Daha sonra Yaponiya pəhləvanına vaxtından əvvəl qalib gələn Abubakr bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Həlledici görüşdə erməni güləşçiylə üz-üzə gələn yığmamızın üzvü prinsipial dueldən qalib ayrılaraq komandamızın hesabına növbəti bürünc medalı yazıb.

Temraz İsmayılov debütdə hindistanlı həmkarına uduzub.

57 kq
Təsnifat - Mahir Məmmədzadə - Toşiya Abe (JPN) 2:13
Təsəlliverici görüş - Mahir Məmmədzadə - Sərdar Ruzimov (UZB) 2:5

65 kq
Təsnifat - Turan Bayramov - Amiran Vaxtanqaşvili (GEO) 6:0
1/8 final - Turan Bayramov - Yəhya Abdullah Tomas (USA) 9:1
1/4 final - Turan Bayramov - Əmirhüseyn Əzim Maqsudi (İRİ) 7:7*
Təsəlliverici görüş - Turan Bayramov - Stefan Yonut Koman (ROU) 9:0
Bürünc medal görüşü - Turan Bayramov - Ahmet Salim Yiğit (TUR) 8:0

70 kq
Təsnifat - Əşrəf Aşırov - Raul Zərbəliyev (İSR) 11:0
1/8 final - Əşrəf Aşırov - Brayton Eduard Li (USA) 3:2
1/4 final - Əşrəf Aşırov - Vasile Diakon (MDA) 3:4
Təsəlliverici görüş - Əşrəf Aşırov - Alinur Takirov (KGZ) 6:2
Bürünc medal görüşü - Əşrəf Aşırov - Məhəmmədsadiq Firuzpurbandpei (İRİ) 4:5

79 kq
Təsnifat - Abubakr Abakarov - Aaron Markel Bruks (USA) 5:3
1/8 final - Abubakr Abakarov - Amxad Taşukadziyev (RUS) 3:5
Təsəlliverici görüş - Abubakr Abakarov - Salvatore Diana (İTA) 15:1
Təsəlliverici görüş - Abubakr Abakarov - Yudai Takahaşi (JPN) 10:0
Bürünc medal görüşü - Abubakr Abakarov - Arman Avaqyan (ARM) 6:4

97 kq
Təsnifat - Temraz İsmayılov - Akaş Antil (İND) 6:12

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video







Altı yaşlı qız dəm qazından ölüb







İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"







Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az