Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Avq
2019
11:29
546

17
Avq
11:29



“Hellmann Worlwide Logistics” “Caspian Energy Forum Baku – 2019”un tərəfdaşı olub

“Hellmann Worlwide Logistics” nəqliyyat şirkəti sentyabrın 19-da Bakıda keçiriləcək IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”un tərəfdaşı olub. IX Beynəlxalq “Caspian Energy Forum” “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və “Caspian Energy” jurnalının 20 illik yubileyinə həsr olunub.

XeberOxu.az xəbər verir ki, bu barədə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib.

“Hellmann Worlwide Logistics” sıralarında dünyanın 70 ölkəsindən olan 5 min şirkət və təşkilatı birləşdirən “Caspian European Club” ilə uğurlu əməkdaşlıq edir. İllik Bakı forumu da əməkdaşlıq əlaqələrimizin inkişafına müsbət təsir göstərəcək”, - deyə Telman Əliyev söyləyib.

“Hellmann Worlwide Logistics” dünyanın 158 ölkəsində 462 ofislə təmsil olunan nəhəng beynəlxalq şirkətlərdən biridir. Biz yükdaşınmaları, nəqliyyat logistikası, gömrük sənədləşməsi və digər növ sahələrdə geniş xidmət göstəririk. Bakıda keçiriləcək Beynəlxalq “Caspian Energy Forum” çərçivəsində əməkdaşlığı dəstəkləyirik”, - deyə şirkətin baş direktoru Kamran Həbibov bildirib.

“Caspian Energy Forum Baku – 2019”un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq nümayəndə iştirak edəcək. Onların sırasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.

“Caspian Energy Forum Baku – 2019” üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrin həyata keçirilməsi mövzusuna həsr ediləcək. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada IKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək, kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.

IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”un tərəfdaşları sırasında, həmçinin “Azpetrol ltd” ASC, “AzerTelecom” ASC, “ICODS Hilmer GMBH” şirkəti və “AzeriСard” ASC də var.

Forumda iştirak üçün qeydiyyat: “http://caspianenergyforum.com”

“Hellmann Worlwide Logistics” şirkəti 1871-ci ildə Almaniyada Karl Hellmann tərəfindən yaradılıb. “Hellmann Worlwide Logistics” bu gün dünyada ən nəhəng özəl logistika şirkətidir. Şirkətə Yos və Klaus Hellmannlar sahiblik edir. Şirkət Azərbaycanda öz ofisini 2010-cu ildə açıb. Həmin vaxtdan bəri neft və qeyri-neft sahələrində həm yerli, həm də beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq edilir. Həyata keçirilmiş layihələr sırasında Şenyan Yuandın şirkəti üçün “Port Baku” binasının şüşə və keramika örtüyünün tam logistikası var.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az