Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Avq
2019
20:16
357

18
Avq
20:16




Finlandiya enerji sisteminin sabitləşməsində Azərbaycana kömək üçün yeni yollar axtarır

Finlandiyanın maşınqayırma şirkəti, gəmiqayırma və energetika sahəsində aparıcı avadanlıq tədarükçüsü “Wärtsilä Oyj Abp” Azərbaycana enerji sisteminin sabitləşməsində kömək üçün yeni yollar axtarır.

Bu barədə XeberOxu.Az-a şirkətdən bildiriblər.

Qeyd olunub ki, şirkət daim enerji sisteminin sabitləşməsi və zərurət olduqda ehtiyat gücünün təmin olunması üçün çevik imkanlar tətbiq etməklə ölkənin dəstəklənməsi istiqamətində yeni üsullar axtarır.

Şirkətdən bildiriblər ki, “Wärtsilä” həmçinin digər ölkələrə, şəhərlərə və şirkətlərə enerji təhlükəsizliyini və fasiləsiz enerji verilişini təmin etməklə müasir, dayanıqlı və rahat enerji sistemlərinə yol tapmağa kömək edir:

“Wärtsilä” Azərbaycanda 1995-ci ildə fəaliyyətə başlayıb. Şirkət avadanlıqları dəstəkləmək və optimallaşdırmaqla onların fəaliyyət müddəti dövründə dəniz və enerji sahəsindəki müştərilərə xidmət göstərən “Wärtsilä Oyj Abp” qlobal şəbəkəsinin tərkib hissəsidir. 2005-ci ildən “Wärtsilä” Azərbaycanda ümumi gücü 860 meqavatt təşkil edən yeddi elektrik stansiyası inşa edib. Bütün elektrik stansiyaları dövlət kommunal şirkətləri tərəfindən istismar olunur. Bu gün Azərbaycan həm enerji, həm də dəniz sektorunda böyük inkişaf perspektivlərinə malikdir”.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə - FOTO







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az