CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Avq
2019
17:56
270

19
Avq
17:56



“Nərimanfilm” “Caspian Energy Forum Baku – 2019”un tərəfdaşı olub

“Nərimanfilm” şirkəti sentyabrın 19-da Bakıda keçiriləcək IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”un tərəfdaşı olub. IX Beynəlxalq “Caspian Energy Forum” “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və “Caspian Energy” jurnalının 20 illik yubileyinə həsr olunub.

XeberOxu.az xəbər verir ki,  bu barədə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat deyib.

“Nərimanfilm” şirkəti “Caspian European Club”un və tərəfimizdən həyata keçirilən əksər layihələrin ənənəvi və fəal tərəfdaşıdır. Biz əməkdaşlığımızdan olduqca məmnunuq. Səmərəli sıx əlaqələrin, eyni zamanda, Beynəlxalq “Caspian Energy Forum Baku” çərçivəsində də davam edəcəyinə ümid edirik”, - deyə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

“Nərimanfilm” şirkətinin baş direktoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov da “Caspian European Club” ilə əməkdaşlığı məhsuldar və qarşılıqlı səmərəli hesab edir. “Biz əməkdaşlığımızı davam etdirməyə, fəallaşdırmağa və IX Beynəlxalq “Caspian Energy Forum Baku”nun uğurlu təşkilinə kömək etməyə hazırıq”, - deyə Nəriman Məmmədov söyləyib.

“Caspian Energy Forum Baku – 2019”un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq nümayəndə iştirak edəcək. Onların sırasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.

“Caspian Energy Forum Baku – 2019” üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrin həyata keçirilməsi mövzusuna həsr ediləcək. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada IKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək, kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.

IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”un tərəfdaşları sırasında, həmçinin “Azpetrol ltd” ASC, “AzerTelecom” ASC, “ICODS Hilmer GMBH, “Hellmann Worlwide Logistics” və “AzeriСard” ASC də var.

Forumda iştirak üçün qeydiyyat: “http://caspianenergyforum.com”

“Nərimanfilm”in əsası 1994-cü ildə qoyulub. Müştərilərə və tərəfdaşlara keyfiyyətli məhsul və xidmət təqdim etmək məqsədilə təcrübəli ssenariçi, rejissor, texnik və dizayner komandası yaradılıb. “Nərimanfilm” həm peşəkar video və fotoçəkilişi sahəsində, həm də seçilmiş biznes sahələrində yeni media texnoloji işlərin həyata keçirilməsində öncül provayderlərdən biridir. Şirkət kino və video məhsullarının istehsalı üzrə geniş xidmət göstərir və “Az Cinema Online” internet kinoteatrına sahibdir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı-FOTO







Tovuz və Tərtərdə qaz olmayacaq







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az