Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Avq
2019
18:41
435

19
Avq
18:41




57 dövlət əmlakı özəlləşdirilir - VAXT

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən innovativ üsullar tətbiq edilməklə keçirilən hərraclar davam etdirilir. Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda vətəndaşlar həm onlayn qaydada, həm də hərrac keçirilən məkana gəlməklə iştirak edə bilərlər.

Komitədən XeberOxu.Az-a verilən məlumata görə, növbəti belə hərrac 17 sentyabr tarixində keçiriləcək. Hərraca ümumilikdə 57 dövlət əmlakı olmaqla 42 kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 15 səhmdar cəmiyyəti çıxarılıb. Hərraca çıxarılan əmlaklara onlayn sifariş vermək üçün qeyd olunan linkə daxil olmağınız kifayətdir:

http://privatization.az/index.php/az/component/content/article?id=6387

Özəlləşdirməyə çıxarılan kiçik dövlət əmlaklarından ümumi faydalı sahəsi ən yüksək olan dövlət əmlakı Şəmkir rayonu, Keçili kəndindəki Şəmkir yun tədarükü məntəqəsidir. Adıçəkilən dövlət müəssisəsinin ümumi faydalı sahəsi 3312 kv.m olmaqla, 62 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Lalə” şadlıq evi, “Mərdəkan” restoranı, “4saylı” kafe xidmət sahəsi kimi istifadəyə uyğun olan kiçik dövlət müəssisələridir. Belə ki, bu kiçik dövlət əmlaklarının ümumi faydalı sahəsi 324.8 kv.m ilə 1772.7 kv.m arasındadır.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında nəqliyyat, kəndkimya, inşaat, təmir, istehsal, xidmət və digər sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Kürdəmir Aqrotexservis”, “Xəzər Avtonəqliyyat”, “Zaqatala Fındıq”, “Bərdə Kəndkimya” və digər bu kimi dövlət müəssisələri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Onların özəlləşdirməyə çıxarılan səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az