Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Okt
2019
06:00
348

02
Okt
06:00



Azərbaycanda hemofiliyalı xəstələrin laxtalanma faktoruna olan tələbatı niyə ödənilmir?

Azərbaycanda hemofiliyalı xəstələr üçün ayrılan laxtalanma faktorunun həcminin beynəlxalq vahidlə artırılması lazımdır.

Xeberoxu.Az xəbər verir ki,  Bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, dünyada hemofiliyalı xəstələr üçün laxtalanma preparatlarının həcmi ölkənin nüfuz göstəricisinə əsasən, yəni ümumi əhalinin sayına görə adambaşına düşən preparatların həcmi ilə müəyyən edilir.

G.Hüseynova bildirib ki, Ümumdünya Səhiyyə Təşklatının tövsiyəsinə görə, ölkələr üçün hemofiliyalı xəstələrə müəyyən edilən laxtalanma faktoruna minimal tələbat həcmi 4 vahid olmalıdır. Azərbaycanda isə bu göstərici 2 beynəlxalq vahiddir. Buna görə də ölkədəki hemofiliyalı xəstələrin laxtalanma faktoruna olan tələbatının yarısı ödənilir:

“Azərbaycan əhalisinin sayı 10 milyon nəfər olduğuna görə hemofiliyalı xəstələr üçün 40 milyon vahid laxtalanma faktoru alınmalıdır. Amma hazırda xəstələr üçün təxminən 20 milyon beynəlxalq vahid laxtalanma faktoru alınır ki, bu da minimal tələbat həcminin yarısıdır. Buna görə də hemofiliyalı xəstələr üçün ayrılan preparatlar onlara yetərincə kifayət etmir”.

G.Hüseynova qeyd edilən məsələ ilə əlaqədar artıq Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etdiyini söyləyib.

Xatırladaq ki, hazırda Azərbaycanda 1500-ə yaxın hemofiliyalı xəstə var. Onların 350 nəfəri 18 yaşına qədər olan uşaqdır. Xəstələrin 700 nəfərinin 18-40 yaşı var. 40 yaşdan yuxarı hemofiliyalı xəstələrin sayı isə 402 nəfərdir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az