Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Okt
2019
13:12
564

19
Okt
13:12



Beynəlxalq Muğam Mərkəzində “Solistlər ansamblı”nın konserti keçirilib

Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin “Solistlər ansamblı”nın konserti keçirilib.

XeberOxu.Az-ın məlumatına görə, konsertə dirijorların Y.Svetlanov adına beynəlxalq müsabiqəsinin laureatı Fuad İbrahimov rəhbərlik edirdi. Çox rahat, fərqli və qeyri-adi ab-havada keçən iki hissəli konsert proqramında solistlər Fəridə Məmmədova (soprano), Anar Məmmədov (klarnet), Ucal Məmmədxanın (zərb alətləri) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Müasir musiqidən ibarət repertuar, istedadlı dirijor Fuad İbrahimovun özünəməxsus dəst-xətti, solistlərin peşəkar ifaları konsert boyu zalın hədsiz diqqətinin hakim kəsilməsinə səbəb olub.

Konsert proqramının birinci hissəsində italyan bəstəkarı S.Sciarrinonun “Şüşə arxasında səslər”, Ayaz Qəmbərlinin “Hisslər üzərində özünütəlim metodu”, Luciano Berionun “O king”, Alban Bergin “Wozzeck” operasından Mariyanın laylayı oldu. Əsəri ansambl üçün işləyən Azərbaycanın Xalq artisti Fərəc Qarayevdir. İkinci hissədə isə Georges Aperghis “Yeddi sevginin cinayəti”, Xəyyam Mirzəzadə “Biz səni xatırlayırıq, Çarles!”, Andrey Volkonski ”Şazanın şikayətləri”, Louis Andriessen “Gümüş”, Aleksandr Vustin ”10 üçün musiqi” əsərləri müasir musiqini sevərlə üçün əsl hədiyyə idi. Konsert proqramı sənətin spesifik tərəflərinə ciddi rakursdan baxış imkanı yaratmaqla bərabər həm də tamaşaçılarda musiqinin mənəviyyatını nümayiş etdirmiş oldu.

Mikropauzalar, franqmentlər və ifalardakı özünəməxsusluq çoxrəngli səs nöqtələrinin cazibəsində fərqli dərinlikləri hiss etdirə bildi. “Solistlər ansamblı”nın bu təqdimatı yəqin ki, tamaşaçılara uzun müddət unudulmaz anlar xatırladacaq.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az