Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Okt
2019
02:06
285

22
Okt
02:06



İsveçrə Azərbaycanın enerji sektorunda əməkdaşlıqda maraqlıdır

Cenevrə Ticarət, Sənaye və Xidmətlər Palatasının baş direktoru Vincent Subilianın rəhbərlik etdiyi Qərbi İsveçrənin işgüzar dairələrinin nümayəndələrindən ibarət heyət Energetika Nazirliyində olub.

Energetika Nazirliyindən XeberOxu.Az-a  verilən məlumata görə, nazir Pərviz Şahbazovla keçirilən görüşdə iki ölkə arasında enerji sahəsində mövcud əməkdaşlıq əlaqələri və perspektivlər müzakirə edilib.

Görüşdə Qərbi İsveçrə regionunun neftlə yanaşı bir sıra enerji məhsulları və xammalın marketinqində mühüm rol oynadığı və şirkətlərin ölkəmizin enerji sektorunda əməkdaşlıqda maraqlı olduğu qeyd edilib. Bildirilib ki, Azərbaycan SOCAR-ın timsalında İsveçrə ilə uğurlu əməkdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda İsveçrənin AXPO şirkəti “Şahdəniz Mərhələ 2” üzrə qazın alıcısı olmaqla yanaşı TAP konsorsiumunda da təmsil olunur. Bərpa olunan enerji üzrə isə bu ölkənin digər bir şirkəti “Pure Energy Development” SARL ilə əməkdaşlıq edilir.

P.Şahbazov ölkədə energetika sektorunda hazırda həyata keçirilən tədbirlər və qarşıya qoyulan məqsədlər barədə ətraflı məlumat verib. Bərpa olunan enerji layihələrinə xarici investorların cəlbi üçün əlverişli mexanizmlərin hazırlandığını vurğulayan nazir deyib ki, bu sahədə İsveç şirkətləri ilə əməkdaşlıq üçün böyük imkanlar var.

Görüşdə İsveçrə nümayəndə heyətinin Azərbaycanın enerji infrastrukturunun mövcud vəziyyəti, səmərəlilik göstəriciləri və elektrik enerjisi bazarının yaradılması ilə bağlı sualları ətrafında fikir mübadiləsi aparılıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az