Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Avq
2019
18:07
967

20
Avq
18:07



Azərbaycanın yeniyetmə tennisçiləri Avropa turnirində yüksək nəticələr göstəriblər

13-20 avqust 2019-cu il tarixlərində Macarıstanın Kişkunfeledhaza şəhərində stolüstü tennis üzrə minikadetlər arasında keçirilən turnirdə və təlim-məşq toplanışında milli komandamız ölkəmizi uğurla təmsil edib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından XeberOxu.Az-a verilən məlumata görə, Avropa Stolüstü Tennis Birliyinin və Beynəlxlaq Stolüstü Tennis Federasiyasının “Avrotalant” layihəsi çərçivəsində keçirilən turnirdə Azərbaycanın yeniyetmələrdən ibarət yığması 3 oğlan və 3 qız idmançı ilə təmsil olunub.

Qızlar qrup mərhələlərində yüksək xal qazanaraq turnirin ilk dördlüyündə qərarlaşıblar. Belə ki, Nürmətova Mərziyyə turnirin ikincisi, Əsgərova Aylin üçüncüsü, Aslanova Arzu isə dördüncüsü olub.

Oğlanlardan ibarət komandanın üzvləri Eylazov Hüseyn 5-ci, Əhmədzadə Adil isə 6-cı yerə layiq görülüblər.

Qeyd edək ki, Avropa Stolüstü Tennis Birliyinin İnkişaf proqramının bir hissəsi olan bu turnir və təlim-məşq toplanışlarının məqsədi milli Assosiasiyaların idmançıları arasında ən istedadlı gəncləri seçib onlara dəstək verməkdir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qəzada ölən məktəblilərin kimliyi məlum olub







“İstəməzdim ki, Çingizin adı bu işdə hallansın” - Mirşahin







“Bizi 4 dəfə səhnəyə qaytardılar...”







Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində silsilə tədbirlərdə iştirak edir


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.