Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Sen
2019
17:02
2157

06
Sen
17:02



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İsveçrə səfiri ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre və İsveçrə Əməkdaşlıq Ofisinin rəhbəri Simone Haeberli ilə görüş olub.

Nazirlikdən Xeberoxu.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu-sosial iqtisadi siyasətinin nailiyyətləri barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə sosial sahədə mühüm irəliləyişlərin əldə olunduğunu bildirib. Nazir diqqətə çatdırıb ki, cari ildə minimum əmək haqqı və maaşların, müavinət və təqaüdlərin, minimum pensiyanın artırılması, vətəndaşların problemli kreditlərlə bağlı çətinliyinin aradan qaldırılması ümumilikdə, bu ilki sosial islahatlar birbaşa olaraq 4,2 milyon insanın yaşayışına mühüm dəstək olub. S. Babayev əmək, məşğulluq, sosial müdafiə sistemlərinin müasir iş prinsipləri üzərində təkmilləşdirilməsi, DOST layihəsi ilə əhaliyə dövlət sosial xidmətlərinin bir pəncərə prinsipi üzrə təşkili, elektron sistemlərin tətbiqinin genişləndirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verib.

Daha sonra nazir S.Babayev Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi çərçivəsində İsveçrə Əməkdaşlıq Ofisi və İsveçrə İqtisadi İşlər üzrə Dövlət Katibliyi (SECO) ilə uğurlu əməkdaşlığın davam etdirildiyinin bildirib. O da vurğulanıb ki, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, DƏMX-in potensialının artırılması məqsədilə risk əsaslı yoxlamaların aparılması üçün müasir metodologiyalar və prosedurların işlənməsi, risklərin təhlili və qiymətləndirilməsi sahəsində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Nazirliyə göstərdiyi texniki dəstək SECO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

M.Peneveyre ölkəmizdə sosial sahədə aparılan islahatları maraqla izlədiyini, iki ölkə arasında müvafiq sahələr üzrə əməkdaşlıq əlaqələrinin, təcrübə və məlumat mübadilələrinin bundan sonra da genişləndirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında sosial xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması, əlilliyi olan şəxslərin reabilitasiyası, Nazirliyin əməkdaşları üçün müxtəlif təlimlərin təşkil olunması və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Sosial xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az