Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Okt
2019
12:27
270

18
Okt
12:27



AzMİU-nun professor-müəllim heyətinin maaşları 25 faiz artırılıb

Ölkə prezidenti cənab İlham Əliyevin cari ilin yanvarından başlayaraq sosial sferaya aid qəbul etdiyi qərarlar, imzalanan sərəncamlar sosial-iqtisadi siyasətin dövlətin əsas prioritetlərdən biri olduğunu təsdiqləyir. Ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirilən işlərin miqyası gündən-günə genişlənir və bu tədbirlər özünü daha qabarıq şəkildə, günün tələblərindən irəli gələn forma və məzmunda göstərməyə başlayır. Yaxşı bir haldır ki, əhalinin bütün təbəqələrini əhatə edən sosial islahatlar paketində təhsil işçiləri də xüsusi yer tutur.

Yeni tədris ilindən dövlət sifarişi ilə təhsil alanların sayının və onlara ayrılan təhsil xərclərinin artırılması ilə bağlı verilən qərarlar bu islahatların tərkib hissəsidir. Bu qərara əsasən müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb. Şübhəsiz ki, bu addım təhsil işçilərinin maddi-rifah halının yaxşılaşdırılmasına, işçilərin əməkhaqlarının artırılmasına hesablanıb. Eyni zamanda bu qərar kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin maliyyə imkanlarının yaxşılaşmasına, maddi-texniki bazasının gücləndirilməsinə, bütövlükdə təhsil müəssisələrinin inkişafına müsbət təsir edəcək.

Nazirlər Kabinetinin bu qərarı Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kollektivi tərəfindən də məmnunluqla qarşılanıb. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova bu qərardan irəli gələrək müəllimlərin əmək haqlarının orta hesabla 25 faiz, işçilərin maaşının isə 20 faiz artırılması barədə əmr imzalayıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az