Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Okt
2019
16:18
252

18
Okt
16:18



SOCAR neft hasilatını 2,8 faiz, qaz hasilatını 11, 4 faiz artırıb

SOCAR 2019-cu ilin üçüncü rübündə 21 milyon tona yaxın neft, 1,82 milyard kubmetrdən çox qaz çıxarmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 2,8%, qaz hasilatını isə 11,4% artırıb.

SOCAR-dan XeberOxu.Az-a verilən məlumata görə, hesabat dövründə şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunub, istismardan çıxarılmış bəzi köhnə quyuların fəaliyyəti bərpa edilib. Cari ilin üçüncü rübündə şirkət üzrə qazma işləri 373 min metrdən artıq olub.

Ümumiyyətlə 2019-cu ilin üçüncü rübündə ölkə üzrə 9,44 milyon tondan artıq neft, 8,75 milyard kubmetr qaz hasil edilib. Cari ilin 9 ayı ərzində ümumilikdə 266 milyard kubmetr qaz hasil olunub. Üçüncü rüb də daxil olmaqla bu il yeraltı anbarlara 2,17 milyard kubmetr təbii qaz tədarük edilib. Hazırda qaz anbarlarında 2,98 milyard kubmetr qaz var və anbarlara qazın vurulması prosesi davam etdirilir.

Cari ilin 3-cü rübündə SOCAR tərəfindən 145,99 milyon m3 qaz ixrac olunub. Ölkə üzrə ixrac olunan qazın göstəricisi 2,710 milyard kubmetr təşkil edib. Bu ilin 9 ayı ərzində xarici bazarlara ölkə üzrə 8,211 milyard kubmetrdən, SOCAR üzrə isə 1,112 milyard kubmetrdən artıq qaz ixrac olunub.

Üçüncü rüb ərzində SOCAR tərəfindən xam neftin ixracı 5,513 milyon ton təşkil edib. Şirkət eyni zamanda Azərbaycandan 53214 min ton həcmində neft və neft-kimya məhsulları ixrac edib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO







Bu qəsəbədə su olmayacaq







Gecə Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər







Psixoloqlar diaqnostik qiymətləndirilmədən keçəcək - Dekabrda


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az