Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Sen
2019
16:18
459

09
Sen
16:18



Azərbaycanın avqust üzrə gündəlik neft hasilatı 749 min barrel olub

Respublikada avqust ayı üzrə gündəlik neft hasilatı 749 min barrel olub.

Energetika Nazirliyindən Xeberoxu.Az-a verilən məlumata görə, bunun 686 min barrelini xam neft, 63 min barrelini kondensat təşkil edib. Gündəlik 501 min barrel xam neft, 59 min barrel kondensat, 4,5 min barrel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar - avqust aylarında orta gündəlik neft hasilatı 769 min barrel təşkil edib.

Energetika Nazirliyi avqust ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az