RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



15 May
2019
12:34
399



Azərbaycanın sosial layihələrinə Avropadan yüksək qiymət -FOTO

Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Təşkilatın əhatə etdiyi ölkələrin (regionlar üzrə) sosial təminat sahəsində həyata keçirdikləri layihələrin qiymətləndirilməsi məqsədi ilə hər üç ildən bir “Yaxşı Təcrübə” müsabiqəsi keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Xeberoxu.az-a verilən məlumata görə, Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində təşkil olunan qala gecəsində Avropa regionu üzrə növbəti müsabiqənin nəticələri açıqlanıb.

20 ölkədən təqdim edilmiş 76 sosial layihəni əhatə edən müsabiqənin yekunlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müsabiqə üçün təqdim etdiyi dörd layihənin hər biri münsiflərin xüsusi rəyi ilə uğurlu təcrübə nümunələri kimi müsbət dəyərləndirilərək, xüsusi mükafatlara layiq görülüb.

Bunlar ünvanlı dövlət sosial yardımı üzrə elektron sistem (VEMTAS), əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem (TSERAS), özünüməşğulluq proqramı və qeyri-rəsmi məşğulluğun qarşısının alınması layihələridir.

Uğur qazanmış layihələrin hər biri üzrə sertifikatlar təqdim edilib.

Tədbirdə bu layihələrin əhəmiyyətindən bəhs olunub. VEMTAS və TSERAS-ın sosial yardım və əlilliyinin qiymətləndirilməsi sistemlərində ünvanlılıq və şəffaflığın təminatında, müasir iş prinsiplərinin formalaşmasında rolu qeyd edilib. Azərbaycanda icra olunan özünüməşğulluq proqramının həssas qruplarla bağlı passiv sosial müdafiə tədbirlərindən aktiv tədbirlərə keçidin təmin olunmasında, həmin qrupların işsizlikdən kiçik ailə biznesinə çıxışına imkan verdiyi vurğulanıb. Proqramın mühüm sosial-iqtisadi faydalarından bəhs olunub. Habelə Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində ardıcıl şəkildə həyata keçirilən kompleks təsirli tədbirlərin önəmi və müsbət nəticələri qeyd olunub.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az