Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
11:29
486

02
Iyul
11:29



BƏT: iqlim dəyişmələri dünyada 80 milyon iş yerinin itirilməsinə səbəb olacaq

Beynəlxalq Əmək Təşkilatı (BƏT) yeni hesabatında bildirib ki, iqlim dəyişmələri dünyada 80 milyon iş yerinin itirilməsinə səbəb ola bilər. Bu mənfi proseslərin dünya iqtisadiyyatına mənfi təsiri 2,4 trilyon dollar olacaq.

XeberOxu.az xəbər veriki,  AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, hesabat cari ilin sonunda qlobal temperaturun 1,5 dərəcə Selsi artacağı barədə proqnozlara əsaslanır. BƏT bildirib ki, hesabatdakı rəqəmlər daha yüksək ola bilər. “Qlobal istiləşmə şəraitində iş: isti havaların əmək şəraitinə və istehsalata təsiri” adlanan hesabatda qlobal iqlim dəyişikliklərinin ayrı-ayrı regionlarda və planetimizdə əmək şəraitinə mənfi təsiri məsələləri əks olunub.

Hesabatda bildirilir ki, sağlam insan rütubət şəraitində 35 dərəcə istiyə dözə bilər. Lakin bu, onun orqanizmində “isti stressi” adlanan sindrom yaradır. Hava şəraiti bu temperaturdan yuxarı olduqda isə, mütəxəssislərin qəti qənaətinə görə, insanın fiziki imkanları azalır və məhsuldarlıq aşağı düşür. İsti hava şəraitində işləmək 940 milyon insanın çalışdığı kənd təsərrüfatı sektorunda xüsusilə təhlükəlidir. Bu sahədə temperatur dəyişikliyi iş vaxtının 60 faiz, tikinti sektorunda isə 19 faiz itirilməsinə səbəb olacaq. Hesabat müəllifləri vurğulayır ki, əsas iqtisadi itkilər ən yoxsul əhalinin yaşadığı, ən az gəliri olan ölkələrin payına düşəcək. Çünki bu dövlətlərdə adaptasiya mexanizmləri yoxdur. Beləliklə, gələcəkdə yoxsul və varlı dövlətlər arasında uçurum daha da dərinləşəcək, xüsusilə əməyin haqqının ödənilməsi və sosial müdafiə məsələlərində böyük fərqlər yaranacaq.

BƏT-in nümayəndəsi Ketrin Saqet bildirib ki, “istiləşmə stressi”nin əmək məhsuldarlığına təsiri iqlim dəyişmələrinin ən ciddi fəsadlarından biridir. O əlavə edib “Biz ölkələr arasında qeyri-bərabərliyin artacağını, əhalinin ən yoxsul təbəqələri üçün əmək şəraitinin daha da pisləşəcəyini proqnozlaşdırırıq”.

Bu proseslərin ən ciddi nəticələri isə miqrasiya prosesinin güclənməsi ilə əlaqədardır. Bu yaxınlarda BƏT-in konfransında qəbul edilimiş “Əsrin Bəyannaməsi”ndə yuxarıda göstərilən problemlərin həlli üçün 2030-cu ilədək təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.


 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az