Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Noy
2019
00:33
144

09
Noy
00:33



BDU-da 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olunub.

Universitetdən XeberOxu.Az-a  verilən məlumata görə, tədbirdə dövlət bayrağımız tələbələr tərəfindən səhnədə dalğalandırılıb, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, universitet bu gün Azərbaycan Respublikasının mühüm bayramlarından birini - Dövlət Bayrağı Gününü qeyd edir. O bildirib ki, bayraq namusumuzdur, qeyrətimizdir, bizi irəliyə səsləyən, gələcəyə aparan, Vətənimizin tarixini yaşadan atributdur. Bu atributa hörmətlə yanaşmalı, onu göz bəbəyi kimi qorumalı və onunla qürur duymalıyıq. O vurğulayıb ki, üçrəngli bayrağımız şərəfli bir yol keçərək bu gün müstəqil Azərbaycanın başı üzərində dalğalanır. Sovet dövründə olan təbliğata baxmayaraq xalqımız öz bayrağını ürəyində yaşatdı.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Müstəqilliyimiz uğrunda mübarizənin qızğın çağında ümummilli lider Heydər Əliyevin bu qərarı o dövr üçün cəsarət tələb edən bir addım idi.

Bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə uğurlu daxili və xarici siyasət aparılır. Bu siyasət nəticəsində bayrağımız beynəlxalq arenalarda dalğalanır.

Rektor Elçin Babayev vurğulayıb ki, bayrağımız milli birliyimizin rəmzidir. Bu bayraq təkcə Azərbaycan ərazisində yaşayan vətəndaşlarımızı deyil, həm də dünya azərbaycanlılarını birləşdirir. Arzu edirəm ki, bayrağımız bütöv Azərbaycan üzərində, Qarabağda dalğalansın.

Sonra Dövlət Bayrağı Günü ilə bağlı videoçarx nümayiş olunub.

BDU-nun Tarix fakültəsinin əməkdaşı, dosent Ələmdar Şahverdiyev məruzəsində Azərbaycan bayrağının keçdiyi uzun tarixi yoldan bəhs edib. Bildirib ki, bayrağımızın 3 rəngi xalqımızın əsrlərə dayanan tarixini özündə əks etdirir.

Tarix fakültəsinin tələbələri Şəms Əlicanova və Rauf Əliyev, Filologiya fakültəsinin tələbəsi Nadir Rzazadə, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Rəfiqə Nurəliyeva çıxışlarında Azərbaycan gənclərinin bayrağımız ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar. Onlar bayrağımıza həsr olunan şeirlər səsləndiriblər.

Tədbir bədii kompozisiya ilə davam edib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az