Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə




14 Mart
2019
16:59
183



BMT-nin İnkişaf Proqramı ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Eqqerlə görüşüb.

Nazirlikdən Xeberoxu.az-a verilən məlumata görə, görüşdə startap layihələrinin reallaşdırılması, Yevlaxda inşası davam etdirilən Ehtiyat Data Mərkəzi, yaradılması nəzərdə tutulan İnnovasiyalar Laboratoriyası və İnnovasiyalar Mərkəzi üzrə texniki və ekspert dəstəyi məsələləri müzakirə olunub. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçirilən işlərə BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən ixtisaslı ekspert dəstəyinin göstərilməsi məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Qonaqları salamlayan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri R.Quluzadə BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bütün sahələrdə olduğu kimi, İKT sferasında da qarşılıqlı əlaqələrin genişləndiyini vurğulayıb.

Ölkəmizdə İKT sahəsinin inkişafı üzrə aparılan islahatlar, həyata keçirilən milli və regional layihələrdən söz açan nazir Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq layihələrə Birləşmiş Millətlər Təşkilatı tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirib.

Azərbaycanda İKT sahəsində həyata keçirilən uğurlu layihələrin vacibliyinə toxunan UNDP rəsmisi təşkilatın Azərbaycanla qurulan əməkdaşlıq istiqamətlərini daha da genişləndirmək niyyətində olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu ifadə edən M.Eqqer ölkəmizlə uzunmüddətli tərəfdaşlığın faydalarından bəhs edib.

Daha sonra görüşdə İKT sahəsində əməkdaşlıq perspektivləri, eyni zamanda bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Bakıda qadın sürücü hər kəsi şoka saldı







Azərbaycanlı döyüşçü çeçen rəqibini nokauta saldı







Bakıda itkin düşmüş 18 yaşlı qadın tapıldı







Əli İnsanov azadlıqda


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az