Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Sen
2019
15:38
594

07
Sen
15:38




Bakıda "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə dünya çempionatı keçirilir
Bakıda Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə XVII dünya çempionatının açılış mərasimi keçirilib.  

Azərbaycanın 11 komanda ilə qatıldığı oyunda ümumilikdə 29 ölkədən 75 komanda iştirak edir.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycan hər zaman beynəlxalq, intellektual hərəkatın mərkəzlərindən biri olub və ölkəmizdə bu hərəkat geniş vüsət alıb. Onun sözlərinə görə, budəfəki yarışda əvvəlkilərdən fərqli olaraq, daha çox komanda qatılıb.Vergilər naziri, "Nə? Harada? Nə zaman" yarışlarının keçmiş iştirakçısı Mikayıl Cabbarov qeyd edib ki, hər dövrün öz qaydaları, intellektualları və qalibləri olur: "Bu illər ərzində oyun dəyişib, oyun dəyişib deyəndə yalnız oyunçuları demirəm, həm də sualların spesifikasını, bəzi hallarda məntiqini nəzərdə tuturam2.

Qeyd edək ki, 2002, 2003 və 2004-cü illərdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə ilk dünya çempionatı Bakıda keçirilib. Sayca XVII olan budəfəki çempionatın Azərbaycanda keçirilmə qərarı 20 oktyabr 2018-ci ildə Azərbaycan İntellektual Klublar Assambleyasının müraciəti əsasında "Nə? Harada? Nə zaman?" Beynəlxalq Klublar Assosiasiyası tərəfindən qəbul edilib.

Çempionat 8 oktyabrda başa çatacaq.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıdakı məşhur dönərxana bağlandı







İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR







Azərbaycanda küçədə vəhşilik - İti belə güllələdilər – VİDEO







Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az