CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Avq
2019
11:10
429

22
Avq
11:10



Yüksək balla Aİİ-ni seçdi

Azərbaycan İlahiyyat İnstitutunun “Dinşünaslıq” ixtisasına 523 balla daxil olan Mirhüseyn Qənbərovla müsahibəni təqdim edirik.

- Özünüz haqqında məlumat verməyinizi istərdik...

- Mən, Mirhüseyn Qənbərov Cəlilabad rayon Kazımabad kənd tam orta məktəbini bitirmişəm. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi III ixtisas qrupu üzrə imtahanda iştirak edərək, Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuşam.

- Qəbul imtahanı necə keçdi?

- Azad, sərbəst, rahat idim. Amma hər halda imtahandır, həyəcansız olmur. Daha yüksək uğura nail olmaq arzusunda olsam da, əldə etdiyim nəticə pis olmadı. Birinci dəfə imtahanda iştirak edəndə 427 bal toplamışdım. Daha çox çalışdım, ikinci dəfə imtahan verdim və 523 bal topladım.

- Yüksək nəticə göstərmək üçün nələr etdin?

- İmtahana ciddi şəkildə hazırlaşdım. Yüksək bal toplamaq arzusunda idim, sosial şəbəkələrdən istifadə etmədim, gəzintilərə, dostlarla görüşləri az vaxt ayırdım. Çalışmalarımı daha təkmil və sistemli qurdum. Axı, məqsəd uğrunda mübarizə üçün vaxt məhdud idi.

- Başqa universitetlərə daxil olmaq üçün yetərli balın var idi. Maraqlıdır, niyə məhz Azərbaycan İlahiyyat İnstitutunu seçdin...

- Qeyd edim ki, ilahiyyata böyük marağım var. Bu sahəni daha ətraflı mənimsəmək üçün seçimim Azərbaycan İlahiyyat İnstitutu oldu. Valideynlərimin, ailəmin mənə böyük dəstəyi var idi.

İnstitut yaranandan onun fəaliyyətini izləyirdim. Tələbələr üçün yaradılan şərait, pulsuz təhsil, bütün dinlərin tədris edilməsi, üstəgəl, ilahiyyata olan sevgim bu ali təhsil müəssisəsinə olan marağımı artırdı. Fikrimcə, hər bir ilahiyyatçı bütün dinləri öyrənməli və onların müqayisəsini aparmağı bacarmalıdır. Məni Azərbaycan İlahiyyat İnstitutuna gətirən də bu arzudur. Əminəm ki, İnstitutda istədiklərimə nail olacam.

- Gələcəyə dair planların?

- Gələcək planlarıma gəlincə, uğura nail olmaq, öz sahəmin peşəkarı, kamil mütəxəssis kimi yetişmək istəyirəm. Gələcəkdə biliklərimi daha da gücləndirmək maqsədilə təhsilimi xaricdə davam etdirməklə bağlı planlarım var.

- Müvəffəqiyyətlər və uğurlar!

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı-FOTO







Tovuz və Tərtərdə qaz olmayacaq







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az