Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Avq
2019
14:05
360

22
Avq
14:05




Rusiya və Çin BMT Təhlükəsizlik Şurasını toplantıya çağırıblar

Birləşmiş Ştatların ortamənzilli yerüstü qanadlı raketin sınağı barədə bəyanatından sonra Rusiya və Çin BMT Təhlükəsizlik Şurasını (TŞ) toplantıya çağırıblar. 

XeberOxu.az xəbər verir ki, AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Moskva və Pekin bu quruma müraciət edərək üzv ölkələrdən Vaşinqtonun “beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən” bu addımına münasibət bildirməsini xahiş ediblər. Onlar BMT TŞ-nın 15 üzvünün təcili olaraq toplanmasını tələb ediblər. Eyni zamanda, təşkilatın tərksilah məsələləri üzrə nümayəndəsi İzumi Nakamitsuya da bu məsələ ilə bağlı müvafiq bəyanat verilməsi ilə bağlı müraciət ünvanlanıb.

Bazar ertəsi günü ABŞ-ın Müdafiə Nazirliyi yerüstü qanadlı raketin uğurlu buraxılışı barədə bəyanat verib. Moskva və Pekin hesab edirlər ki, bu addım 1987-ci ildə Birləşmiş Ştatlar və Sovet İttifaqı arasında imzalanan və cari ilin avqustunda ləğv olunan orta və yaxınmənzilli raketlərin ləğvi barədə Sazişin şərtlərinə ziddir. Sınaqdan keçirilən raket özünün yerüstü mobil buraxıcı qurğusundan çıxıb və start meydançasından 500 kilometr məsafədə yerləşən hədəfinə dəqiqliklə zərbə endirib.

Pentaqonun şefi Mark Esper isə Fox telekanalına müsahibəsində bildirib ki, raketin sınağı ABŞ-ın son vaxtlar Rusiya, Çin və Şimali Koreyanın aqressiv hərəkətlərinə cavabıdır. “Biz əmin olmaq istəyirik ki, Çinin pis davranışı və təcavüzkar addımına layiqincə cavab verə biləcəyik” –deyə o vurğulayıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda ana və qızı itkin düşüb - Ailəsi onları axtarır







Nazir: Azərbaycanda səyyar yoxlamaların sayı 3 dəfə azalıb







Nazir Azərbaycana gələn miqrantların sayının artmasının başlıca SƏBƏBİNİ açıqladı


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az