CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Avq
2019
14:23
354

22
Avq
14:23



Pilot peşə məktəblərinin I kurs tələbələri yay təcrübəsinə qatılıblar

“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində Qəbələ, İsmayıllı və Qax rayonlarında peşə təhsili müəssisələrinin I kurs tələbələri yay təcrübəsinə qatılıblar.

XeberOxu.az xəbər verir ki,  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) eksperti Fərrux Nəcəfov AZƏRTAC-a bildirib ki, yay təcrübəsinin təşkil olunmasında məqsəd tələbələrin duala bənzər peşə təhsili və təlimi sisteminə uyğun olaraq nəzəri biliklərin praktik bacarıqlarla zənginləşdirilməsinə şərait yaratmaqdır.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin aqroservis mütəxəssisi və bitkiçilik mütəxəssisi ixtisaslarının tələbələri “Gilan Dairy Farms” MMC-də, “Gilan Qəbələ Aqrotexservis” MMC-də, “Şamlı” Aqroservis Müəssisəsində, “Gilan Vegetables” MMC-də, “Daşca” kiçik fermer təsərrüfatında, İsmayıllı Peşə Tədris Mərkəzinin aqroservis mütəxəssisi, üzüm və şərab ustası ixtisasının tələbələri İsmayıllı Rayon Nikitin adına İvanovka Kolxozunda və Kənd Təsərrüfatı İdarəsinin Talıstan kəndindəki sahələrində, həmçinin İsmayıllı Şərab-2 müəssisəsinin üzüm sahələrində, Qax Peşə Liseyinin aqroservis mütəxəssisi və bitkiçilik mütəxəssisi ixtisaslarının tələbələri isə “ULU Aqro” MMC-də (ULU Aqropark) təcrübə keçirlər.

Təcrübəyə qatılan tələbələr mühəndis-pedaqoji heyətin, eləcə də müəssisə tərəfindən təyin olunmuş mütəxəssislərin müşayiətilə iş prosesində yaxından iştirak edir, istifadə olunan maşın və avadanlıqların iş prinsiplərini, texnoloji prosesləri öyrənir, həmçinin peşəkar mütəxəssislərlə birlikdə çalışaraq onların təcrübələrindən faydalanmaq imkanı əldə edirlər. Təcrübə avqustun 30-dək davam edəcək.

Yay təcrübəsi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanmış “Duala bənzər PTT konsepti”ndə əks olunan təcrübə proqramına əsasən həyata keçirilir.

Xatırladaq ki, ED VET layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala bənzər PTT pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyini, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı-FOTO







Tovuz və Tərtərdə qaz olmayacaq







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az