Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Avq
2019
14:36
285

22
Avq
14:36




Yaponiya Müdafiə Nazirliyi yeni qırıcı təyyarələrin hazırlanması üçün sorğu verməyi planlaşdırır

Yaponiya Müdafiə Nazirliyi növbəti maliyyə ilində radarlar tərəfindən görünməyən yeni qırıcı təyyarələrin hazırlanması üçün büdcə sorğusu verməyi planlaşdırır.

XeberOxu.az xəbər verir ki, bu barədə məlumat yayan Müdafiə Nazirliyi 2020-ci maliyyə ili üçün yeni qırıcı təyyarələrin hazırlanması məqsədilə konkret büdcə sorğusu vermək barədə qərar qəbul edildiyini bildirib. Yeni nəsil qırıcılar sayca 91-ci olan və hazırda özünümüdafiə qüvvələrinin arsenalında dayanan F-2 təyyarələrini əvəz edəcək. 2000-ci ildən istifadə edilən F-2 qırıcılarının 2030-cu ildə istismardan çıxarılması nəzərdə tutulur.

Hökumət beşillik aralıq müdafiə proqramında Yaponiyanın başçılığı ilə yeni qırıcı təyyarələrin hazırlanmasını qeyd edib. Bu layihəyə başqa ölkələrin də qoşulması mümkündür.

Müdafiə Nazirliyi ABŞ və Böyük Britaniya ilə birlikdə həllərin mümkünlüyünü araşdırsa da, hələlik yapon müdafiə sektorunun həmin layihədə iştirakının detallarını açıqlamır. Buna görə də nazirlikdən bildirilir ki, büdcə sorğusuna qırıcı təyyarələr üçün hissələr, xüsusən də Yaponiyanın ayrılıqda hazırlanacaq füzelyaj istehsalı daxil ediləcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az