Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Sen
2019
12:04
783

08
Sen
12:04



Bayram günləri məzuniyyət günlərinə düşərsə bu günlər məzuniyyətə əlavə edilirmi?
Ödənişli əsas məzuniyyətdən istifadə etmək işçinin əsas hüquqlarından biridir. İşçilərin məzuniyyət hüququnun təmin edilməsi Əmək Məcəlləsinin əsas tələblərindən biridir. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Bəs görəsən, bayram günləri məzuniyyət günlərinə düşərsə bu günlər məzuniyyətə əlavə edilirmi?
Xeberoxu.Az Əmək Məcəlləsinə istinadən bildirir ki, Əmək Məcəlləsi ilə işçilərin məzuniyyət hüququnun 4 növü nəzərdə tutulub: Əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti, sosial məzuniyyət, təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti və ödənişsiz məzuniyyət.
Əmək Məcəlləsinə görə işçilərə ödənişlı əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir. Qeyd edək ki, 21 gün ödənişlı əsas məzuniyyətdə minimal həddir. İşçinin işlədiyi sahədən, tutduğu vəzifədən, ailə tərkibindən, yaşından, sağlamlıq vəziyyətindən asılı olaraq ödənişlı əsas məzuniyyət günləri də artır.
Əmək Məcəlləsinə görə işçilərin əlavə məzuniyyətə çıxması isə onların staj müddətinə görə hesablanır. 5-10 il arasında staj olduqda 2 təqvim günü, 10-15 il arasında staj olduqda 4 təqvim günü, 15 ildən çox olduqda isə 6 təqvim günü əlavə məzuniyyət verilə bilər. Əmək məcəlləsi ilə işçilərə ödənişsiz məzuniyyətin verilməsi işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilir. İşçilərə müddəti 6 aydan çox olmamaq şərti ilə ödənişsiz məzuniyyət verilir. Eyni zamanda işçilərin arzusu və işəgötürənin razılığı ilə ödənişsiz məzuniyyət hissələrə bölünərək də verilə bilər. Əmək Məcəlləsinə görə, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Bəzi hallarda isə məzuniyyət müddətinə bir neçə bayram günü düşə bilər. Bu halda qanunla bu bayram günləri məzuniyyət günlərinə əlavə edilmir.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Evində iş görən kişinin boğazı kəsilib







Bakıda küçədən birgünlük körpə tapılıb - VİDEO







İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır







Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az